Icma.az
close
up
RU
Rusiya səfiri: Qısa vaxtda Qarabağda fantastik işlər görülüb

Rusiya səfiri: Qısa vaxtda Qarabağda fantastik işlər görülüb

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Mixail Yevdokimov: “Qısa müddətdə bütöv şəhərlər, yeni yollar salındı, infrastruktur bərpa olundu. İnsanlar öz tarixi torpaqlarına qayıdır, dinc həyata başlayırlar. Və bu, böyük hörmətə layiqdir”

Azərbaycanda rus dilinə maraq yüksək səviyyədə qalır. Ölkədə rus dilində tədris sektoru olan 340-a yaxın məktəb var ki, orada 140 minə yaxın uşaq təhsil alır. Ölkənin 15 mindən çox vətəndaşı rus dilində ali təhsil alır. Rusiyanın səfiri Mixail Yevdokimov Bakıda Mixail Lermontovun anadan olmasının 210 illiyinə həsr olunmuş qala gecəsi çərçivəsində “Moskva-Baku” portalına müsahibəsində Azərbaycan Respublikasında rus dili ilə bağlı vəziyyətlə bağlı fikirlərini bölüşüb. Səfirin müsahibəsini oxucularımıza təqdim edirik.

- Mixail Nikolayeviç, rus dilinin Azərbaycanda mövqeyi necədir?

- Əvvəllər olduğu kimi, Azərbaycanda rus dili çox populyardır, ona tələbat var. Ölkənin məktəb və universitetləri təkcə rus dilini öyrənmək deyil, həm də orada təhsil almaq imkanı yaradır, ali təhsil sistemində yüksək ixtisaslı rusiyalı mütəxəssislər çalışır, Bakı küçələrində isə demək olar ki, hər kəs rus dilində danışa bilir. Bakıda hər il azərbaycanlı məktəbli və tələbələrin iştirak etdiyi müxtəlif mədəni-maarif layihələri, müsabiqələr və olimpiadalar həyata keçirilir. Və bu, əlbəttə ki, bizi yalnız sevindirir. Elə bu günlərdə dahi rus şairi və yazıçısı Mixail Lermontovun anadan olmasının 210 illiyinə həsr olunmuş qala gecəsində iştirak etdim. O, “Mixail Yuryeviç Lermontov və Qafqaz” respublika layihəsi çərçivəsində təşkil olunub. Təsəvvür edin, bu layihədə rus dilini sevən və rus klassiklərini orijinalda oxumaqdan həzz alan 700-dən çox azərbaycanlı gənc iştirak edib.

Bu qəbildən olan layihələr bir daha sübut edir ki, Azərbaycan rəhbərliyi ölkədə rus dilinin inkişafına böyük önəm verir. Və biz bu dəstəyi hər gün hiss edirik. Biz görürük ki, azərbaycanlı uşaqlar həm ana dilində, həm də rus dilində necə mükəmməl danışırlar. Təbii ki, belə humanitar və mədəni tədbirlər Azərbaycan və Rusiya xalqlarını bir-birinə daha da yaxınlaşdırır, bir-biri ilə sərbəst ünsiyyət qurmaq imkanı yaradır. Burada rus klassiklərinin əsərləri çox populyardır. Azərbaycanlılar Puşkini, Dostoyevskini, Turgenevi, Çexovu, Yesenini, Lermontovu orijinalda həvəslə oxumağa davam edirlər. Rus klassiklərinə olan bu sevginin gənc nəslə necə ötürüldüyünü görmək xüsusilə xoşdur

- Bu ilin martında portalımıza müsahibələrinizin birində Bakıda yeni Rusiya-Azərbaycan universitetinin açılmasının nəzərdə tutulduğunu demişdiniz. Proses necə gedir?

- Biz bunun üzərində fəal işləyirik. Bu günlərdə Azərbaycan Təhsil Nazirliyinin nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olub. Rusiyalı həmkarları ilə görüşdə Rusiya-Azərbaycan universitetinin yaradılması layihəsini hazırlayacaq birgə işçi qrupunun təşkili qərara alınıb. Deməli, proses irəliləyir... Biz də Azərbaycan məktəblərində rus sektoruna əlavə olaraq Rusiyanın Azərbaycandakı səfirliyinin nəzdində məktəb açmaq istəyirik. Yeni məktəbdə uşaqlar Rusiya standartları üzrə təhsil alacaqlar. Müvafiq olaraq, məktəbi bitirmə sertifikatları həm Azərbaycanda, həm də Rusiyada ali məktəblərə qəbul zamanı tanınacaq.

- Bəs mədəniyyət və təhsil sahəsində digər birgə layihələr necə olacaq?

- Planlarımız çoxdur. Gələn il Rusiya kinosu festivalları, rus incəsənət ustalarının ustad dərsləri, eləcə də təhsil nümayəndələri ilə görüşlər təşkil olunacaq. Azərbaycan ictimaiyyətinin rus dilində olan mədəni tədbirləri necə müsbət qarşıladığını görürük. Bakıda rusiyalı qonaqları həmişə köhnə, yaxşı dost kimi qarşılayırlar. Rusiya komandaları və nümayəndə heyətləri özləri də böyük məmnuniyyətlə Azərbaycana gəlirlər. Əminəm ki, hər il belə səfərlər daha çox olacaq.

- Artıq iki ildir ki, Azərbaycanda yaşayır və işləyirsiniz. Respublikanın hansı ərazilərində olmusunuz?

- Bu müddət ərzində mən dörd dəfə Qarabağa səfər etmişəm. Füzulini, Laçını, Kəlbəcəri gördüm. Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlunun dəvəti ilə onun doğulduğu Şuşaya səfər etmişəm. Polad Bülbül oğlu mənə doğulduğu evi göstərdi. O vaxt Bülbülün ev-muzeyinin ərazisində beynəlxalq vokal müsabiqəsi keçirilirdi və konsertdə iştirak etməkdən məmnun qaldım. Qarabağ gözəl təbiəti, təmiz havası olan gözəl bölgədir. Orada ölçülü, sakit bir həyat sürə bilərsiniz. Bugünkü Qarabağ həm də hər kəs üçün nəhəng quruculuq layihələri, böyük imkanlar deməkdir. Qısa müddətdə bütöv şəhərlər salındı, yeni yollar salındı, infrastruktur bərpa olundu, elektrik stansiyaları tikilib istifadəyə verildi. Azərbaycan rəhbərliyinin fantastik işi və inanılmaz səyləri öz bəhrəsini verdi. İnsanlar öz tarixi torpaqlarına qayıdır, dinc həyata başlayırlar. Və bu, böyük hörmətə layiqdir.

- Hələ hara getməmisiniz, amma həqiqətən getmək istərdiniz?

- Gəncəyə. Mənə dedilər ki, bu, qədim tarixə malik çox gözəl şəhərdir. Dahi Nizami Gəncəvinin doğulduğu yer. Hər şey yoluna düşsə, ilin sonuna qədər mütləq Gəncəyə gedəcəm. Rusiya yük maşınları - KAMAZ və Ural istehsal edən Gəncə Maşınqayırma Zavodunun yubileyi münasibətilə keçiriləcək qala tədbirində də iştirak etməyi planlaşdırıram. Əminəm ki, məni maraqlı və maarifləndirici səfər gözləyir...

Tərcümə - Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri