Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsində həlledici 100 gün başlayır TƏHLİL

Rusiya Ukrayna müharibəsində həlledici 100 gün başlayır TƏHLİL

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Müharibənin dayanması üçün Moskva və Kiyev bu addımı atmalıdır"

Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir vaxtda cəbhədəki vəziyyətlə yanaşı, diplomatik və geosiyasi müstəvidə də proseslər sürətlə inkişaf edir. Qərbin Ukraynaya hərbi dəstəyinin həcmi, ABŞ administrasiyasının atacağı addımlar, Avropa ölkələrinin təhlükəsizlik siyasəti və Rusiyanın davam edən raket hücumları müharibənin gələcək gedişatına təsir edən əsas amillər kimi qiymətləndirilir.

Bu fonda Polşanın Baş naziri Donald Tusk qarşıdakı 100 günün müharibənin nəticəsinin müəyyənləşməsi baxımından həlledici ola biləcəyini bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbətindən sonra hazırda tərəflərin şanslarını “50-nin 50-yə” qiymətləndirib, həmçinin ABŞ Prezidenti Donald Tramp, “SpaceX” rəhbəri İlon Mask və digər nüfuzlu fiqurların proseslərə təsir imkanlarına diqqət çəkib. Tusk, Rusiyanın X-101 qanadlı raketinin Polşa hava məkanına daxil olmasını da xatırladaraq, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinin təkcə Kiyev üçün deyil, Polşanın və bütövlükdə Avropanın təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Donald Tuskun “100 günə müharibənin taleyi həll olunacaq” fikrini məlumat kimi deyil, ehtimal kimi dəyərləndirmək lazımdır:

“O, bu ehtimalı səsləndirərkən böyük ehtimalla cəbhədəki mövcud vəziyyəti əsas götürür. Çünki cəbhədə vəziyyət elə bir nöqtəyə gəlib çatıb ki, həm Rusiyanın, həm də Ukraynanın itkiləri durmadan artır. Bu itkilər hər iki dövlətin təkcə hərbi deyil, iqtisadi, sosial və siyasi baxımdan da ciddi zərər görməsinə səbəb olur. Çünki tərəflər müəyyən mənada təklənirlər. Məsələn, Ukraynanı dəstəkləyən dövlətlər Rusiyaya qarşı çox ciddi sanksiyalar tətbiq ediblər. Hətta Rusiyanın əsas gəlir mənbələrindən biri olan enerji resursları ciddi təzyiq altındadır, onlara qarşı sanksiyalar tətbiq olunub, maksimum qiymət həddi müəyyən edilib. Bu da Rusiyanın ciddi gəlir itkiləri ilə üzləşməsinə gətirib çıxarır. Tusk da yəqin ki, bu amilləri nəzərə alaraq belə hesablamalar aparıb və belə bir qənaətə gəlib ki, qarşıdakı 100 gün ərzində hər iki tərəf bu itkilərin və yaranan problemlərin miqyasının daha da artması reallığı ilə üzləşəcək”.

Ekspert qeyd edib ki, Nəticə etibarilə, müharibəni dayandırmaq meylləri ön plana çıxa bilər:

“Onsuz da bu günə qədər həm Rusiya, həm də Ukrayna tərəfi dəfələrlə sülhə maraqlı olduqlarını bəyan ediblər. Sadəcə, hər iki tərəf müəyyən şərtlər irəli sürür və həmin şərtlər yerinə yetiriləcəyi təqdirdə müharibəni dayandırmağa hazır olduqlarını bildirirlər. “Məhz burada Donald Tuskun “50-nin 50-yə” qiymətləndirməsinin səbəbi ortaya çıxır. Çünki qarşıdakı 100 gün ərzində tərəflərdən biri istədiyi nəticəni əldə edə bilsə, müharibə dayana bilər. Amma bu müddətdə tərəflərin maksimalist siyasətlərindən əl çəkib-çəkməyəcəyi böyük sual altındadır. Mənə elə gəlir ki, Donald Tusk da məhz buna görə fikirlərini qəti hökm kimi deyil, ehtimal kimi səsləndirir. Donald Tramp və İlon Maskın müharibənin gedişinə təsir göstərə biləcəyi ilə bağlı fikrə gəlincə, burada maraqlı bir məqam var. Donald Tramp hər nə qədər Ukraynanı silahlandıran əsas ölkənin prezidenti olsa da, həm seçki kampaniyası dövründə, həm də hakimiyyətə gəldikdən sonra verdiyi bəyanatlarda daha çox tərəflər arasında sülh danışıqlarının aparılmasını dəstəkləyən mövqe nümayiş etdirirdi. O, nə açıq şəkildə Ukraynanı, nə də Rusiyanı birmənalı dəstəkləyirdi. Bu da təbii olaraq hər iki tərəfdə müəyyən maraq doğururdu. Xüsusilə Rusiyada Bayden administrasiyasından sonra Tramp administrasiyasının belə mövqe sərgiləməsi maraqla qarşılanırdı. Eyni zamanda İlon Mask da bu məsələdə kifayət qədər siyasi davranış nümayiş etdirib. O, öz imkanlarından nə Rusiyanın, nə də Ukraynanın birmənalı şəkildə maraqları naminə istifadə edib. Hətta bir vaxtlar Rusiya tərəfi “SpaceX”in peyk xidmətlərindən istifadə edirdi. Sonradan Rusiyanın müharibə cinayətləri ilə əlaqədar buna qadağa qoyuldu. Amma həmin vaxta qədər İlon Mask kifayət qədər neytral fiqur kimi çıxış etmişdi. Bu səbəbdən də o, nə Rusiyada, nə də Ukraynada tamamilə qəbul edilməyən və ya tamamilə dəstəklənən şəxsə çevrilməyib. Bu da ona imkan verir ki, bu gün hər iki tərəflə dialoq qura bilən Qərbin nadir simalarından biri kimi qiymətləndirilsin. Yəqin ki, Donald Tusk da bunu nəzərə alır. Çünki o bilir ki, Rusiya Makronu, Almaniya və ya Böyük Britaniya liderlərini tərəfsiz vasitəçi kimi qəbul etməyəcək. Ancaq Tramp və Mask məsələsində vəziyyət fərqli ola bilər. Ola bilsin ki, Rusiya və Ukrayna onları müəyyən mənada vasitəçi kimi qəbul etsin və onların təminatları ilə hansısa nəticənin əldə olunması mümkün olsun. Lakin burada əsas məsələ yenə də tərəflərin maksimalist siyasətlərindən imtina etməsidir. Yaxın nəticənin əldə olunması üçün həm Rusiya, həm də Ukrayna qarşılıqlı güzəştə getməli, “qazan-qazan” prinsipi əsasında uzlaşma siyasətinə üstünlük verməlidir. Yalnız bu halda müharibənin başa çatması ilə bağlı real nəticədən danışmaq mümkün olar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Avqust 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri