Icma.az
close
up
RU
Rusiya və Ukrayna arasında yeni danışıqlar: Tarix və məkan açıqlanıb

Rusiya və Ukrayna arasında yeni danışıqlar: Tarix və məkan açıqlanıb

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Rusiya və Ukrayna arasında ABŞ-nin vasitəçiliyi ilə növbəti danışıqların keçirilməsi planlaşdırılır. Görüşlərin noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə baş tutacağı gözlənilir.

BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton tərəflər arasında işçi səviyyəsində keçiriləcək müzakirələrə vasitəçilik edəcək. Uitkoff bildirib ki, məqsəd əvvəlki görüşlər zamanı əldə olunmuş irəliləyişi davam etdirərək uzunmüddətli və hərtərəfli sülh razılaşmasına nail olmaqdır.

Xüsusi nümayəndə qeyd edib ki, ABŞ nümayəndələri bu həftə Brüsseldə Fransa, Almaniya, Böyük Britaniya, Avropa İttifaqı və NATO təmsilçiləri ilə də görüşəcəklər. Müzakirələrin əsas mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları olacaq.

Bundan başqa, danışıqlarda münaqişə başa çatdıqdan sonra Avropanın təhlükəsizlik sisteminin gələcək quruluşu və Ukraynanın bərpasına dəstək məqsədilə iqtisadi imkanlar da müzakirə ediləcək.

Qeyd edək ki, Əbu-Dabidə keçiriləcək görüşlərdə ABŞ-ni Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcəklər.

Rusiya Prezidentinin beynəlxalq investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev də gözlənilən görüşlərə münasibət bildirib. O, ABŞ Prezidenti Donald Trampın və komandasının sülh təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Xatırladaq ki, oktyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Stiv Uitkoffla görüşüb. Görüşə Donald Trampın kürəkəni Cared Kuşner də onlayn formatda qoşulub. Təxminən üç saat davam edən müzakirələrdə Ukrayna münaqişəsinin həlli məsələsi diqqət mərkəzində olub.

Kremlin sözçüsü Dmitri Peskov görüşü "məzmunlu" kimi xarakterizə edib. Həmin görüş zamanı Uitkoff Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yenidən başlanacağına ümid etdiyini bildirib. O, həmçinin Ukrayna münaqişəsinin nizamlanmasına dair yanaşmaları əks etdirən sənədləri Putinə təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Noyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri