Rusiya və Ukrayna yeni görüşlə bağlı razılığa gəlib Hakan Fidan KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya və Ukrayna mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra yeni görüşlə bağlı razılığa gəlib.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
“İntensiv diplomatik səylər sayəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirdilər. Tərəflər yeni görüşlə bağlı prinsipial razılığa gəliblər”, – H. Fidan bildirib.
O əmin edib ki, Türkiyə Rusiya və Ukrayna arasında davamlı sülhün təmin edilməsi üçün mümkün olan hər şeyi etməyə davam edəcək.
Qeyd edək ki, İstanbulda aparılan danışıqlarda tərəflər “1000-ə 1000” düsturuna əsasən hərbi əsirlərin dəyişdirilməsi barədə razılığa gəliblər.
Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Kiyev və Moskva atəşkəs rejiminin yaradılması ilə bağlı bir-birlərinə konkret təkliflər təqdim etməyə razılaşıblar. Onun sözlərinə görə, bundan sonra əlaqələr davam edəcək.
Medinski qeyd edib ki, Rusiya tərəfi nəticədən razıdır və əlaqələri davam etdirməyə hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 16 May 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















