Rusiya XİN: Ermənistanın Aİ ilə sürətləndirilmiş yaxınlaşması müttəfiqlik münasibətlərinə təsir göstərəcək
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Avropa İttifaqı (Aİ) ilə sürətləndirilmiş yaxınlaşması həm Rusiya ilə müttəfiqlik münasibətlərinə, həm də bütövlükdə postsovet məkanında inteqrasiya proseslərinin inkişafına mənfi təsir göstərəcək.
APA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov TASS-a müsahibəsində bildirib.
İrəvanın Aİ-yə üzv olmaq niyyətini şərh edən Maslennikov qeyd edib ki, quurmun sürətlə aqressiv hərbi-siyasi bloka çevrilməsi və Rusiyaya qarşı konfrontasiyaya yönəlmiş strateji kursu nəzərə alındıqda, Ermənistanın bu təşkilata üzvlüyə marağı narahatlıq doğurmaya bilməz.
“Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistan Brüssel ilə sürətləndirilmiş yaxınlaşmanın həm müttəfiqlik münasibətlərimiz, həm də postsovet məkanında inteqrasiya proseslərinin inkişafı üçün potensial mənfi nəticələrini dərk edəcək”, – deyə Maslennikov vurğulayıb.
Bununla yanaşı, Rusiya XİN-in Avropa problemləri departamentinin rəhbəri bir daha diqqətə çatdırıb ki, Rusiya tərəfi digər dövlətlərin inteqrasiya birliklərində iştirak etmək kimi suveren hüququna, eləcə də “iqtisadi inkişaf və öz əhalisinin rifahının yüksəldilməsi üçün əlavə imkanlar əldə etmək istəyinə” hörmətlə yanaşır. Lakin onun sözlərinə görə, Ermənistan rəhbərliyi “Avropa İttifaqı ilə maksimal yaxınlaşmada maraqlı olduğuna dair açıq siqnallar verir”. Maslennikov xatırladıb ki, bu səylər çərçivəsində 2025-ci ilin aprelində ölkə prezidenti Vaaqn Xaçatryan parlament tərəfindən əvvəlcədən təsdiqlənmiş “Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanunu imzalayıb.
Maslennikovun sözlərinə görə, Brüssel artıq İrəvana siyasi motivli şəkildə Aİ standartlarına keçidi fəal şəkildə sırımağa başlayıb; bu keçid Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü və bununla bağlı öhdəliklərini prinsipial olaraq nəzərə almır.
“Fakt faktlığında qalır: Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqında eyni vaxtda üzvlük tərif etibarilə mümkün deyil”, – deyə diplomat fikrini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 30 Yanvar 2026 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















