Icma.az
close
up
RU
Rusiyada antiazərbaycan kampaniyası və Bakının sərt reaksiyası

Rusiyada antiazərbaycan kampaniyası və Bakının sərt reaksiyası

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Rusiyada antiazərbaycan kampaniyası səngimək bilmir. Uzun illərdir ki, bu ölkədə müxtəlif siyasətçilər, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycan əleyhinə qərəzli kampaniya aparılır. Həmin şəxslər isə sıradan insanlar deyil, Rusiya cəmiyyətində, media məkanında müəyyən mövqeyə malikdirlər.

Bu günlərdə də eyni kampaniyaya şahidlik edirik - Rusiyanın media və informasiya məkanında Azərbaycan dövləti, xalqı, ölkə rəhbərliyi əleyhinə təxribat, təhqir və təhdid xarakterli açıqlamalar səsləndirilir. Jurnalist İvan Knyazev, media eksperti kimi təqdim edilən Semyon Uralov və Rusiyanın nəqliyyat nazirinin müşaviri vəzifəsindən bir neçə gün əvvəl istefa verən Aleksey Çadayev və digərləri antiazərbaycan kampaniyasının başında gəlirlər. Onlar təbii ki, bunu özbaşına etmirlər, rəsmi dairələrdən verilən təlimata uyğun hərəkət edirlər. Hər üç şəxs beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyin salınmasına, habelə terrorçuluğa açıq çağırışların edilməsinə cəhdlər göstərirlər. Həmçinin Rusiyadakı Azərbaycan diaspor nümayəndələrinə, iş adamlarına və sadə vətəndaşlara qarşı da qanunsuz addımlar atılır, səbəb yerə həbs edilirlər.

Yuxarıda adı çəkilən şəxslər bu ilin 14 iyul və 13 avqust tarixlərində daha da irəli gedərək Azərbaycanla bağlı cinayət məsuliyyəti yaradan açıqlamalar veriblər. Belə ki, iyulun 14-də "Moskva 24"də telekanalın aparıcısı, jurnalist İvan Knyazev, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Semyon Uralov və Çadayev  "YouTube" platformasında "Semёn Uralov" adlı kanalda yayımlanan "Çistota ponimaniya" verilişində Azərbaycana qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxışlar ediblər.

Bundan başqa, həmin şəxslər 2026-cı il avqustun 13-də qeyd olunan kanalda yayımlanan verilişdə Azərbaycana qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək, terrorçuluğa açıq çağırışlar ediblər.

Onların ölkəmiz əleyhinə fəaliyyətləri bununla məhdudlaşmır. Bu fəaliyyəti davam etdirəcəkləri də şübhəsizdir.

Rəsmi Bakı öz münasibətini sərt şəkildə bildirib. Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı, son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.

13 avqust 2026-cı il tarixində "Çastota ponimaniya" layihəsi çərçivəsində yayımlanan verilişdə Azərbaycana, xalqına və Azərbaycan Respublikasının rəhbərliyinə qarşı səsləndirilən ifadələrə diqqət çəkilib. 7 avqust tarixində "Sputnik" radiosunda yayımlanan proqramda Azərbaycan rəhbərliyinin "Rusiyanın terrorçu və ekstremistlər siyahısına" daxil edilməsi ilə bağlı səsləndirilən cəfəngiyyat, 9 avqust tarixində "YouTube" platformasında, 16 avqust tarixində isə "Spas" telekanalında Azərbaycanın rəhbərliyinə qarşı yenidən təhqir məzmunlu materialın yayımlanması və təxribatçı fikirlərin səsləndirilməsi xatırlanıb. Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, Azərbaycan xalqına və Azərbaycan rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb.

Azərbaycan tərəfinin dəfələrlə sözügedən fəaliyyətlərin qarşısının alınmasına dair çağırışlara və məsələnin müxtəlif siyasi səviyyələrdə müzakirə edilməsinə baxmayaraq, analoji ritorikanın daha sərt formada davam etməsinin ciddi narahatlıq doğurduğu bildirilib. Görüşdə Rusiyanın informasiya və media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz və təsirli tədbirlərin görülməsinə çağırış edilib.

Baş verənlərlə bağlı Azərbaycan Mətbuat Şurası da bəyanat yayıb. Bəyanatda bu cür halların sivil jurnalistika prinsiplərinə, etik normalara və insani dəyərlərə tamamilə zidd olduğu vurğulanıb.

"Təəssüf ki, Rusiyanın informasiya məkanında belə hallar ardıcıl şəkildə müşahidə edilir. Mətbuat Şurası bu kimi halları Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin ruhuna, həmçinin media əlaqələrinə tamamilə zidd hesab edir. Ayrıca qeyd etmək istərdik ki, Azərbaycan mediası həmişə qonşu ölkələr, o cümlədən Rusiya ilə bağlı məsələlərə həssas münasibətilə seçilib, peşə prinsiplərindən kənar fikir və iddialara yer verməyib. Buna görə də Rusiyanın informasiya müstəvisində belə xoşagəlməz halların yaşanması Azərbaycan ictimaiyyətində dərin təəssüf və əsaslı narazılıq doğurmaqdadır", - bəyanatda bildirilib.

Xatırladaq ki, avqustun 17-də Baş Prokurorluq terrorizmə çağırışlara görə Rusiyanın üç vətəndaşını - yuxarıda adları çəkilən "Moskva 24" televiziya kanalının aparıcısı İvan Knyazev, politoloq Semyon Uralov və Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevi beynəlxalq axtarışa verib.

Baş Prokurorluğun bəyanatına əsasən, adıçəkilən şəxslər barəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar, ərazi bütövlüyünün pozulması, milli ədavət və düşmənçiliyin qızışdırılması, eləcə də terrorizmə açıq çağırış faktları üzrə qaldırılmış cinayət işi çərçivəsində ibtidai istintaq aparılır.

"Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycanın hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycana təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb".

Onu da vurğulayaq ki, Rusiya nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev özünün "Telegram" kanalında vəzifəsindən istefa verdiyini yazıb: "Rusiya nəqliyyat nazirinin müşaviri səlahiyyətlərimə xitam vermək qərarına gəldim".

Onun istefası heç nəyi dəyişmir. Çadayev istənilən halda öz əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verməli olacaq. Digər tərəfdən, onun öz təxribatçı əməllərini bundan sonra daha geniş şəkildə davam etdirəcəyi də istisna deyil.

Azərbaycanın dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Rusiya tərəfindən iki ölkə arasındakı münasibətlərə xələl gətirən bu cür addımların niyə atılması sual doğurur. Əgər bu, sadəcə həmin şəxslərin öz fikirləri kimi qələmə verilirsə, o halda dövlət televiziyasında necə yayımlanır?! Digər tərəfdən, Çadayev həmin açıqlamaları məhz nazir müşaviri olarkən verib. Görünən odur ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi, regionun əsas gücü olması, müstəqil siyasət aparması, bir çox mühüm layihələri, o cümlədən Zəngəzur dəhlizi bəzi qüvvələrin narahatlığına səbəb olub. Ekspertlər başqa bir məqam kimi Azərbaycan-Ukrayna məsələsini göstərirlər. Belə ki, iki ölkənin münasibətlərindəki son dinamika, qarşılıqlı səfərlər, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Kiyevə səfəri, Ukraynanın sabiq prezidenti Viktor Yuşenkonun Bakıya gəlməsi Moskvada bəzi qüvvələrin yuxusunu ərşə çəkib. Artıq vurğuladığımız kimi, Azərbaycan müstəqil xarici siyasət yürüdür və digər ölkələrlə münasibətlərini qarşılıqlı maraqlar və milli mənafelər əsasında inkişaf etdirir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, müxtəlif ölkələr, xüsusilə qonşu ölkələrlə münasibətlərdə dostluq, yaxın qonşuluq prinsiplərinə üstünlük verir. Təbii ki, Rusiya da istisna deyil. Rusiya Cənubi Qafqazda formalaşmış yeni reallıqları qəbul etməli, köhnə təzyiq metodlarından əl çəkib, bərabərhüquqlu qarşılıqlı hörmətə əsaslanan münasibətlərə üstünlük verməlidir.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli mövzu ilə bağlı bildirib ki, uzun müddətdir həm Rusiyanın rəsmi mediasında, həm də sosial şəbəkələrin rusdilli seqmentində Azərbaycana qarşı hibrid informasiya müharibəsinin elementləri nəzərə çarpır. Təbii ki, bunun təməlində dayanan çoxsaylı amillər var:

"Bu amillərdən ən başlıcası Azərbaycanın müstəqil siyasət yürütməsi, ayrı-ayrı mərkəzlərin geosiyasi oyunlarında iştirak etməməsi və yalnız, istisnasız olaraq, milli maraqlardan çıxış etməsidir. Bu, ilk növbədə nəzərə çarpan elementdir. Digər amil isə Azərbaycana qarşı sərgilənən davranışlara adekvat reaksiyaların verilməsi, dövlətimizin öz vətəndaşlarının hüquqlarının qorunması və milli maraqlarının müdafiəsi istiqamətində prinsipial və birmənalı mövqe nümayiş etdirməsidir. Görünür, bütün bunlar Rusiyanın bəzi dairələrini narahat edir. Biz mütəmadi olaraq bəzi rusiyalı deputatlar, eləcə də ekspertlər tərəfindən tarixi faktların təhrif edilməsinin, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan fikirlərin səsləndirilməsinin şahidi oluruq. Son hadisə isə, ümumiyyətlə, cinayət tərkibli bir hadisədir. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar".

Məsələnin hüquqi tərəfinə gəldikdə, deputat deyib ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı hüquqi yardım haqqında müvafiq razılaşma mövcuddur: "Eyni zamanda, bu sahədə MDB çərçivəsində də müvafiq razılaşmalar var. Şübhəsiz ki, hüquqi baxımdan Rusiya həmin şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etməlidir. Lakin bu, yeganə hadisə deyil. Bu cür hallar davamlı şəkildə özünü büruzə verir. Eyni zamanda, son illərdə Rusiya cəmiyyətində təkcə Azərbaycana münasibətdə deyil, ümumiyyətlə, bir çox xalqlara qarşı millətçi və ya başqa cür desək, ultranasionalist davranışların müşahidə olunduğunun şahidi oluruq. Şübhə etmirəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu günə qədər Azərbaycana qarşı dil uzadan, eyni zamanda xalqımızın qanına əli bulaşan şəxsləri məsuliyyətə cəlb etdiyi kimi, terror çağırışları və hədələrlə çıxış edən şəxslərin də məsuliyyətə cəlb olunması istiqamətində ciddi addımlar atacaq".

PƏRVANƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Avqust 2026 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri