Rusiyada azərbaycanlıları işə götürən müəssisə BAĞLANDI
Icma.az bildirir, Sitat.info portalına istinadən.
Rusiyada azərbaycanlıları işə götürən müəssisə bağlanıb.
Sitat.info xəbər verir ki, Perm diyarının məhkəmə icraçıları Yurla kəndindəki mişar zavodunun fəaliyyətini dayandırmaq barədə qərar qəbul ediblər.
Buna səbəb biznes sahibinin iki Azərbaycan vətəndaşını işə götürməsi ilə bağlı aidiyyəti orqanlara məlumat verməməsi olub.
Məhkəmə işə baxaraq sahibkarı Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.15-ci maddəsinin 3-cü hissəsini pozmaqda təqsirli bilib və iki həftə müddətinə müəssisənin fəaliyyətinin dayandırılması qərarı verib.
Qərarın icrasına başlanandan dərhal sonra məhkəmə icraçıları xidmətinin nümayəndələri zavodun yerləşdiyi əraziyə gələrək istehsalat sahələrini möhürləyiblər.
Baxış sayı:104
Bu xəbər 14 Avqust 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















