Icma.az
close
up
RU
Rusiyada FSB yə interneti söndürmək hüququ verilir Qanun dəyişdirilir

Rusiyada FSB yə interneti söndürmək hüququ verilir Qanun dəyişdirilir

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Dövlət Duması Federal Təhlükəsizlik Xidmətinin (FSB) rabitəni məhdudlaşdırmaq səlahiyyətlərini genişləndirən qanun layihəsini birinci oxunuşda qəbul edib.

"Rabitə haqqında" qanuna dəyişikliklər parlamentə noyabrda təqdim edilib. Layihədə FSB-yə təhlükəsizliyin təmin edilməsi məqsədilə təkcə mobil rabitəni deyil, stasionar interneti də söndürmək səlahiyyəti verilir. Rabitə operatorları isə bu halda abonentlər qarşısında maddi məsuliyyətdən azad edilir.

Sənədin izahat hissəsində deyilir ki, qanun layihəsi Rusiya FSB-sinin fəaliyyət istiqamətləri üzrə təhlükəsizliyin təmin edilməsi, terrorçuluqla mübarizədə münasibətlərin tənzimlənməsinə yönəlib. Nəzərdə tutulan tədbirlərin sosial-iqtisadi, maliyyə və digər mənfi nəticələrə səbəb olmayacağı, eləcə də biznesə hər hansı zərər vurmayacağı bildirilir.

Sənədin ilkin müzakirəsi zamanı rəqəmsal inkişaf nazirinin müavini İvan Lebedev bildirib ki, bu dəyişikliklərə ehtiyac rabitə operatorlarına qarşı çoxsaylı məhkəmə iddialarından yaranıb. O, dron hücumları zamanı mobil rabitənin işini məhdudlaşdırmağın vacibliyini də vurğulayıb. Rusiyada dron hücumları fonunda mobil internet vaxtaşırı məhdudlaşdırılır. Təkcə regionlarda deyil, Moskva və Sankt-Peterburq da daxil, iri şəhərlərdə də fasilələr qeydə alınır. Hakimiyyət orqanları bunu prezidentin səfərləri və Qələbə Günü paradının məşqləri zamanı təhlükəsizliyin təmin olunması ilə izah edib.

Daha öncə oxşar məhdudiyyətlər taksi xidmətlərinin, çatdırılma sistemlərinin, onlayn bankların işində problemlərə səbəb olub, şirkətlərin narazılığına yol açıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Yanvar 2026 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri