Icma.az
close
up
RU
Rusiyada qəribə qanun: qadın abortdan əvvəl keçmiş ərini məlumatlandıracaq

Rusiyada qəribə qanun: qadın abortdan əvvəl keçmiş ərini məlumatlandıracaq

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Dövlət Dumasında qadınların hamiləliyin dayandırılması barədə indiki və keçmiş ərini məlumatlandırmasını məcburi edən təşəbbüs irəli sürülüb.

"Ölkə.az" xəbər verir ki, “Ədalətli Rusiya – Həqiqət naminə” (SRzP) fraksiyasından olan Dövlət Dumasının deputatı Dmitri Kuznetsov qadınların abort etdirməsi ilə bağlı yeni qanun layihəsini müzakirəyə çıxarıb. Qanun layihəsində birbaşa olaraq ərinin razılığı olmadan abortun qadağan edilməsi nəzərdə tutulmasa da, təşəbbüsün məqsədi “əhali arasında doğum səviyyəsinin azalmasının qarşısının alınması” və “qadınların öz istəyi ilə etdikləri süni hamiləlik dayandırılmalarının sayının azaldılması” kimi təqdim olunur.

Təklif olunan dəyişikliklər “Vətəndaşların sağlamlığının qorunmasının əsasları haqqında” qanunun 56-cı maddəsinə şamil edilir. Hazırda bu maddədə qadının analıq məsələsini müstəqil şəkildə həll etdiyi və abortun onun istəyi ilə həyata keçirildiyi təsbit olunub. Kuznetsov isə maddəyə yeni məcburi şərt əlavə etməyi təklif edir: abort proseduru həyata keçirilərkən qadının həyat yoldaşının, yaxud boşanma tarixindən 12 həftədən az vaxt keçibsə, keçmiş ərinin məlumatlandırılması.

Qanun layihəsinə əlavə edilən izahat məktubunda deputat digər ölkələrin təcrübəsinə də istinad edir. Məsələn, Türkiyədə qanunvericilik abortun ərinin razılığı olmadan aparılmasını birbaşa qadağan edir. Yaponiyada isə bu, “ənənə” və bir çox tibb müəssisələrinin daxili qaydaları əsasında tətbiq olunur. Avropa ölkələrində isə ərin razılığı tələb olunmur — burada süni hamiləlik dayandırılması qadının şəxsi hüququ kimi qəbul edilir.(musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Dekabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri