Icma.az
close
up
RU
Rusiyada yüksək rütbəli məmurlar kütləvi şəkildə həbs olunur...

Rusiyada yüksək rütbəli məmurlar kütləvi şəkildə həbs olunur...

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu, ən azı son on ilin rekordudur...

...2025-ci ildə Rusiya yüksək vəzifəli məmurlara qarşı cinayət işlərində görünməmiş artımla üzləşdi.

SİA xəbər verir ki, “Novaya qazeta Avropa”nın məlumatına görə, ilin əvvəlindən indiyədək 155 dövlət məmuru həbs edilib ki, bu da 122 məmurun saxlandığı 2024-cü ili ötüb.

Əvvəlki dövrlərlə müqayisədə rəqəmlər daha kəskin artımdan xəbər verir: 2022-ci ildə cəmi 33 məmur olduğu halda, 2023-cü ildə 73 məmur həbs edilib.

Bu ilin avqustundan oktyabrın ortalarına qədər olan dövr xüsusilə gərgin olub, 50-dən çox yüksək vəzifəli məmur və parlament üzvü, o cümlədən dörd qubernator müavini və səkkiz nazir saxlanılıb.

Həbs edilənlər arasında Sverdlovsk vilayətinin keçmiş vitse-qubernatoru Oleq Çemezov və Krasnodar diyarının keçmiş vitse-qubernatoru Aleksandr Vlasov da var.

Hər ikisi həbs olunmazdan dərhal əvvəl vəzifələrindən istefa veriblər. Həbs edilənlərin siyahısına həmçinin Dağıstanın keçmiş səhiyyə naziri Tatyana Belyaeva, Vladimir meri Dmitri Naumov, Şimali Osetiya Milli Qvardiya İdarəsinin rəisi Valeri Qolota və Arxangelsk şəhərinin keçmiş səhiyyə naziri Aleksandr Qerştanski də daxildir.

Cinayət işlərinin bəziləri hərbi xarakterlidir.

Məsələn, Kursk vilayətinin vitse-qubernatoru vəzifəsini icra edən Vladimir Bazarov Ukrayna ilə sərhəddə istehkamların tikintisi zamanı mənimsəmədə şübhəli bilinir.

Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyinin rəisi Andrey Tyurin müdafiə müqaviləsini pozmaqda, 40 milyon rubl ziyan vurmaqda ittiham olunur.

Krasnodar diyarının keçmiş vitse-qubernatoru Aleksandr Vlasov Ukraynaya müdaxilədə iştirak edən qoşunlar üçün nəzərdə tutulan humanitar yardımı mənimsəməkdə şübhəli bilinərək həbs edilib.

Həbslərin sürəti artmaqda davam edir: ilin birinci yarısında ayda orta hesabla 14 iş açıldığı halda, ikinci yarımildə bu rəqəm 20-yə çatıb.

Ən çox həbs təhlükəsizlik orqanlarının əməkdaşları (32 faiz), ikinci yerdə tikinti və mənzil-kommunal təsərrüfatı (21 faiz) və nəqliyyat (14 faiz) məmurları arasındadır.

Daha sonra iqtisadiyyat (8 faiz) və təbii ehtiyatların idarə edilməsi və kənd təsərrüfatı (7 faiz) gəlir.

...Karnegi Berlin Mərkəzinin elmi işçisi Tatyana Stanovayanın qeyd etdiyi kimi, “İnsan nə qədər sadiq və güvənli olsa da, bu, artıq onu həbsdən qorumur, çünki sistemdə sədaqətsiz və ya etibarsız insanlar qalmayıb”. Statistikaya ən azı regional nazirliklərin rəhbər müavinləri, senatorlar, federal və regional deputatlar, regional paytaxt merləri səviyyəsində olan məmurlar daxildir.

Məlumatlar açıq mənbələrdən toplanmışdır; dövlət müəssisələrinin rəhbərləri daxil edilməyib, nəşr qeyd edir.

Əli Babayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Oktyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri