Icma.az
close
up
RU
Rusiyadan Azərbaycana qarşı hədə və təhqirlər yağdı: hücum ların arxasında Kreml durur? VİDEO

Rusiyadan Azərbaycana qarşı hədə və təhqirlər yağdı: hücum ların arxasında Kreml durur? VİDEO

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Rövşən Məmmədov müəllifi olduğu "Həftə" analitik-informasiya proqramında Bakı-Moskva əlaqələrinə, AZAL-a məxsus təyyarənin Rusiyada vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra baş verən proseslərə, son günlər Rusiya mətbuatında Azərbaycanın ünvanına səsləndirilən tənqid və təhqirlərə, bunun arxasında kimlərin dura biləcəyini mövzusunu özünəməxsus şəkildə şərh edib.

Rusiya-Ukrayna müharibəsində, Vaşinqton-Moskva və Rusiya-Avropa İttifaqı ziddiyyətlərində Azərbaycan hər zaman obyektiv mövqe tutub, heç zaman Qərbin digər region ölkələrinə, xüsusilə də Şimal ölkəsinə qarşı həyata keçirdiyi əsassız sanksiya kampaniyasına qoşulmayıb.

Rövşən Məmmədov qeyd edib ki, bütün bunlara baxmayaraq, düşündürücü məqamlar var  məsələn, Ermənistan bütün siyasətini Rusiyanın maraqlarını və nüfuzunu tapdalamaq üzərində qurduğu halda, Moskvadan İrəvan əleyhinə rəsmi səviyyədə yalnız yumuşaq bəyanatlar verilir: "Görəsən niyə? Azərbaycan isə regional maraqları qoruduğu, Qərbin bölgə ölkələrinə, ilk növbədə Rusiyaya qarşı hesablanmış oyunlarına alət olmadığı, region dövlətləri, həm də Rusiya ilə əlaqələri üstün tutduğu halda, ölkəmiz elə Şimaldan gah neonasistlərin dili ilə hədələnir, təhqir olunur, gah da rəsmi Kremlin birbaşa media ruporu olan “Komsomolskaya Pravda” qəzetinin dili ilə Azərbaycan barədə həqiqətdən uzaq, uydurma informasiyalar dövriyyə buraxılır.

Son günlər bu əks-təbliğat daha çox Bakı-Qroznu təyyarəsinin vurulması ətrafında gedir. Pilotların danışıqlarını yayaraq izi azdırmağa, diqqəti əsas məsələdən yayındıraraq Azərbaycanı günahkar çıxarmağa cəhdlər göstərilir. Etiraf edək ki, biz Rusiyadan obyektiv davranma, hadisənin obyektiv və hərtərəfli araşdırılmasını gözləyirdik. Yəni baş vermiş hadisədə günahı olan ölkə mütləq şəkildə üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Ancaq bu gün bunun əksi baş verir. Görünür, ruslar oyun oynamağa həvəslidirlər.

Sadəcə bilsinlər ki, bu oyunlar, günahı üzərindən atmaq taktikası, Bakının haqlı tələblərindən boyun qaçırmaq ikitərəfli münasibətlərə də ciddi zərbə vurur. Onu da bilsinlər ki, istər Rusiya, istərsə də Qərb olsun, beynəlxalq prosesləri yalnız özlərinin müəyyən etdiyi "Yol xəritəsi" əsasında inkişaf etdirə, həyata keçirə bilməzlər. Başqa dövlətlərə və xalqlara hörmət, hüquqlarına dəyər vermək hər kəsin, o cümlədən Rusiyanın borcudur. Bu gün məhz Moskvanın hakimiyyət dairələrinin nəzarətində olan media resurslarında Azərbaycan xalqının və dövlətinin təhqir olunması həm anlaşılmaz, həm də yolverilməzdir. Biz başa düşmədik, təyyarəsi vurulan biz, vətəndaşlarını və təcrübəli pilotlarını itirən biz, təhqir olunan da biz!. Əvvəla, baş vermiş hadisəyə münasibətdə hər kəs öz tərbiyəsini ortaya qoyur. Rusların tərbiyəsini və ya tərbiyəsizliyini gördük".

Verilişdə vurğulanıb ki, Rusiya suallara cavab verməlidir: "Suallara cavab vermək mütləqdir, önəmlidir, hörmətli Kreml rəsmiləri. Daha, ucuz şoular və təhqirlər lazım deyil. Azərbaycan haqlı olaraq hesab edir ki, bu təhqir və hədələrin kökü məhz Kremlə qədər gedib çıxır. Bu adi bir media orqanının yazdığı təhqir və hədə deyil. Ucuz şouya və yaxud komediyaya da məhz orada, birbaşa Federal Təhlükəsizlik Xidmətinin əli ilə start verilib".

Şərhin video materialını linkə keçid edib izləyə bilərsiniz: 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Yanvar 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri