Icma.az
close
up
RU
Rusiyadan gözlənilən müharibə anonsu Yeni cəbhə açılır

Rusiyadan gözlənilən müharibə anonsu Yeni cəbhə açılır

Icma.az xəbər verir, News24 saytına əsaslanaraq.

Rusiya Xarici Kəşfiyyat Xidməti NATO-nun Moldovanı Moskva ilə qarşıdurmada ön cəbhə kimi istifadə etməyə hazırlaşdığına dair məlumat yayıb. Xidmətin iddiasına görə, rus qoşunlarının Ukraynada irəliləməsi fonunda Brüsseldə Kişinyovla ilə bağlı xüsusi qərar qəbul edilib. Bu qərara əsasən, Moldova NATO-nun müharibə strategiyasına uyğun olaraq “yem” kimi istifadə oluna bilər.

Kremlə yaxın mənbələr bu addımı Kişinyov üçün “sonun başlanğıcı” adlandırıb və ciddi xəbərdarlıq edib.

NATO ilə Rusiya arasında belə bir qarşıdurma nə dərəcədə realdır? Alyans niyə məhz Moldovanı “yem” olaraq seçir?

News24.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, bu iddia, əsasən, Kişinyova xəbərdarlıq xarakteri daşıyır:

“Eyni zamanda, Moldovaya ünvanlanmış bir mesaj kimi də qiymətləndirilə bilər. Mövcud şəraitdə, NATO və ümumilikdə Avropa üçün Ukraynadakı müharibənin miqyasının böyüməsi, Moldova ərazisinə sıçraması sərfəli görünmür. Çünki belə bir vəziyyət münaqişənin Avropanın daxili bölgələrinə doğru genişlənməsinə səbəb ola bilər. Avropa üçün əsas məsələ Ukrayna müharibəsini lokal səviyyədə saxlamaq və Rusiya ilə mübarizəni yalnız orada davam etdirməkdir. Qərb bloku müharibənin ilk günündən etibarən, bunun Avropanın digər bölgələrinə yayılmasını istəməyib və bütün strategiyası, siyasəti bu məqsədə xidmət edib. Lakin, indiki vəziyyətdə Rusiyanın bu cür iddiası Moldovaya və Qərb blokuna qarşı xəbərdarlıq kimi qiymətləndirilə bilər, yəni real təhlükədən daha çox siyasi bir mesajdır”.

A.Nərimanlı bildirib ki, Ukraynada müharibənin davam etdiyi bir vaxtda Avropa tərəfi Moldovada mövqelərini gücləndirmək və Rusiyanın növbəti hədəfi ola biləcək ərazilərdə təhlükələri önləmək üçün addımlar atır:

“Kişinyovda baş verən hadisələrə nəzər yetirdikdə, xüsusilə Moskvanın mövqelərinin zəiflədilməsinə çalışıldığını görmək olur. Bu, Rusiya üçün ciddi bir təhlükə yaratmaqda davam edir. Belə bir riskə qarşı informasiya axını ilə Moldovaya xəbərdarlıq edilir ki, növbəti dəfə təhlükə yarandıqda, Kremlin hücum hədəfi o ola bilər. Bu, Ukraynada baş verən müharibənin Avropanın daxilinə irəliləməsinə, xüsusən NATO-nun da iştirakı ilə daha genişmiqyaslı qarşıdurmaya çevrilməsinə səbəb ola bilər. Belə bir məlumatın yayımlanması, qarşıdakı dövrdə atılacaq addımların ictimai rəy baxımından hazırlıq mərhələsidir.

Rusiya artıq həm daxildə, həm də Avropada ictimai rəy yaratmağa çalışır. Yəni, əgər Moldovada vəziyyət müharibə həddinə çatar və Moskva hücum edərsə, günahkar NATO olacaq. Sözügedən iddianın əsas hədəfi və məqsədi məhz budur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyul 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri