Icma.az
close
up
RU
Rusiyadan tarixi razılaşmaya reaksiya: Bizim yardımımızla Qarabağda...

Rusiyadan tarixi razılaşmaya reaksiya: Bizim yardımımızla Qarabağda...

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hazırkı Ermənistan–Azərbaycan normallaşma mərhələsi 2020-ci il 9 noyabr tarixində Rusiya­nın birbaşa vasitəçiliyi və mərkəzi rolu ilə ali səviyyədə imzalanmış üçtərəfli bəyanatın qəbulu ilə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtondakı danışıqlarına dair şərhində bildirilib.

“Yeri gəlmişkən xatırlatmaq istərdim ki, hazırkı Ermənistan–Azərbaycan normallaşma mərhələsi 2020-ci il 9 noyabr tarixində Qarabağ münaqişəsi zonasındakı atəşkəsin və bütün hərbi əməliyyatların dayandırılması barədə ali səviyyədə qəbul edilmiş üçtərəfli bəyanatla, Rusiyanın birbaşa vasitəçiliyi və mərkəzi rolu ilə start götürüb. Regionda Rusiya sülhməramlı kontingenti yerləşdirilib və bu kontingent vəziyyətin sabitləşməsinə əvəzolunmaz töhfə verib. Xidmət borcunu yerinə yetirərkən həlak olmuş sülhməramlılarımızı həmişə yad edəcəyik”, – diplomat vurğulayıb.

Moskva ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan rəhbərliyinin Vaşinqtonda keçirilən görüşünü müsbət qiymətləndirir:

“Region təhlükəsizliyi üçün əsas əhəmiyyət daşıyan bu məqsədə nail olmağa kömək edən bütün səyləri ardıcıl şəkildə dəstəkləyirik. Bu baxımdan, Cənubi Qafqaz respublikalarının liderlərinin ABŞ tərəfinin vasitəçiliyi ilə Vaşinqtonda baş tutan görüşü müsbət qiymətə layiqdir. Ümid edirik ki, atılan bu addım sülh gündəliyinin irəliləməsinə kömək edəcək.

Azərbaycan və Ermənistanın barışığı maraqlar balansına əsaslanmalı və regional kontekstə uyğunlaşdırılmalıdır”.

“İki Cənubi Qafqaz respublikası arasında sülhün təmin edilməsində ən mühüm amil Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması barədə sazişin imzalanması və qüvvəyə minməsi olacaq. İki ölkənin barışığı regional kontekstə uyğunlaşdırılmalı və maraqlar balansına, tərəflərin və qonşu dövlətlərin prioritetlərinə şərtsiz hörmət əsasında qurulmalıdır”, – Zaxarova qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Avqust 2025 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri