Rusiyalı sərxoş gəncin Moskva metrosunda görüntüləri gündəm oldu
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya paytaxtı Moskvanın "Trubnaya" stansiyasında 16 yaşlı şəxs sərxoş halda metro qatarının son vaqonundan yapışaraq tunel boyu "səyahət edib".
Oxu.Az-ın "Readovka" "Telegram" kanalına istinadən xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.
Məlumata görə, gənc vaqonun arxasında "Svetnoy bulvar" stansiyasına gedib və kameralar bu hərəkəti lentə alıb. Nəticədə gənc saxlanılaraq polis bölməsinə aparılıb.
Hüquq-mühafizə orqanları ona qarşı nəqliyyat təhlükəsizliyinin pozulması və spirtli içki qəbulu maddələri üzrə iş qaldırıb. Gəncin atasına qarşı da valideynlik öhdəliklərini yerinə yetirmədiyinə görə inzibati xəta haqqında protokol tərtib edilib.
Rusiyalı sərxoş gəncin Moskva metrosunda görüntüləri gündəm oldu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 03 Dekabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















