Icma.az
close
up
RU
Rusiyanın beynəlxalq hüquqa etinasız mövqeyi onu təcrid vəziyyətinə salır RƏY

Rusiyanın beynəlxalq hüquqa etinasız mövqeyi onu təcrid vəziyyətinə salır RƏY

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Moskva Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) 2008-ci il hadisələri ilə bağlı Gürcüstana 253 milyon avro ödəməyə dair qərarını yerinə yetirməyi planlaşdırmır. Kremlin mətbuat katibi Dmitri Peskov açıq şəkildə qərarı yerinə yetirməyəcəklərini bildirib. 


Qeyd edək ki, dünən Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanın 2008-ci ildəki hərbi münaqişə ilə bağlı Gürcüstana 253 milyon avro ödəməsi ilə bağlı qərar qəbul edib.


Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə Sherg.az-a  açıqlamasında bildirib ki, Rusiyanın Qərbin qəbul etdiyi qərarları icra etməməsi artıq yeni bir hal deyil, bu, Moskvanın uzun illərdir davam etdirdiyi siyasətin tərkib hissəsidir: 


“Qərb və Rusiya arasında bu gün həm geosiyasi, həm də hərbi qarşıdurma müşahidə olunur. Ukrayna müharibəsi ilə bu toqquşma daha da dərinləşib. Qərb Rusiyanı siyasi, iqtisadi və diplomatik cəhətdən bloklayıb, geniş sanksiyalar tətbiq edib, Avropa banklarındakı maliyyə hesablarını dondurub. Belə bir şəraitdə AİHM-nin qərarını Rusiyanın icra etməsi, əlbəttə ki, real görünmür. Rusiya son illərdə beynəlxalq hüququ sistematik şəkildə pozur və bu prinsipləri faktiki olaraq heçə sayır. Rusiya bu qərarların öz suverenliyinə müdaxilə kimi təqdim edir və Qərb təsisatlarının legitimliyini şübhə altına alır.

AİHM-nin Gürcüstanla bağlı qərarı da eyni prinsipial yanaşmanın bir nümunəsidir. Kreml bu qərarları siyasi motivli, Qərbin Rusiyaya təzyiq aləti kimi qiymətləndirir. Əslində isə bu, beynəlxalq hüququn və ədalətin qorunması istiqamətində atılmış addımdır. Ancaq Moskva artıq bu cür qərarların icrasından imtina etməklə, özünü beynəlxalq hüquq sistemindən kənarda saxlayır. Bu da onun həm reputasiyasına, həm də gələcəkdə beynəlxalq məhkəmələrlə əməkdaşlığına ciddi zərbə vurur”.


Siyasi ekspertin sözlərinə görə, son nəticədə  Rusiyanın beynəlxalq hüquqa qarşı bu etinasız mövqeyi onu getdikcə daha çox təcrid vəziyyətinə salır: 

“Qərb institutlarının qərarlarını qəbul etməmək Moskvanı yalnız qısa müddətdə daxili auditoriya qarşısında “güclü dövlət” kimi göstərir, lakin uzunmüddətli perspektivdə bu, həm siyasi, həm də iqtisadi baxımdan ağır nəticələrə səbəb olur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 02:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see159

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri