Icma.az
close
up
RU
“Rusiyanın Ermənistanla bağlı qorxduğu budur”: Putinin İrəvanla bağlı yeni planı MÜSAHİBƏ

“Rusiyanın Ermənistanla bağlı qorxduğu budur”: Putinin İrəvanla bağlı yeni planı MÜSAHİBƏ

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Globalinfo.az beynəlxalq siyasi gündəmin aktual mövzuları ilə bağlı Türkiyəli politoloq Engin Özerlə müsahibəni təqdim edir:

– Bu gün (25 sentyabr-red.) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında Ağ Evdə görüş keçiriləcək. Tərəflərin iki ölkə arasındakı münasibətləri, Qəzza məsələsini, eləcə də Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəyi gözlənilir. Donald Tramp “Social Truth” hesabında Ərdoğanla görüşü ilə bağlı paylaşımında bildirib ki, görüşdə “iri həcmli “Boeing” təyyarəsi tədarükü və F-16 müqaviləsi” müzakirə olunacaq. Tramp F-35-lə bağlı danışıqların davam etdiyini və müsbət nəticə gözlədiklərini də qeyd edib. Engin bəy, bu razılaşmanın və danışıqların Türkiyə üçün əhəmiyyəti nədir? Görüşdən gözləntilər nədən ibarətdir?

– Bildiyiniz kimi, son 7-8 ildir ki, ABŞ-Türkiyə münasibətləri yaxşıdır. 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Amerika kəşfiyyatı üçün işlədiyi iddia edilən Pastor Brunson məsələsi var idi. Həmin dövrdə prezident olan Tramp Türkiyəyə sanksiyalar tətbiq etmişdi. Bu proses bu günə qədər davam edib və ABŞ ilə münasibətlər bəlkə də son 50 ildə ən pis dövrünü yaşayırdı. İndi Rəcəb Tayyib Ərdoğan ABŞ-la münasibətləri yenidən yaxşılaşdırmaq üçün belə bir cəhd edib. Ancaq ABŞ-la Türkiyə arasında Suriyanın şimalından Qəzzaya qədər bir sıra köklü problemlər var. Açığı, bu baxımdan ABŞ-ın Türkiyəyə ehtiyacı yoxdur. Türkiyə orada yenidən tərəfdaşlıq qurmağa çalışır. Bunun müqabilində gündəlikdə Avropa İttifaqı istehsalı olan təyyarələrin əvəzinə 250 “Boeing” təyyarəsinin tədarükü, bununla yanaşı, F-16 tədarükü, müdafiə sahəsində bir sıra müqavilələr və Rusiyadan “Qazprom”un “Türk axını” boru kəməri ilə gələn qaz əvəzinə ABŞ-dan mayeləşdirilmiş təbii qaz idxalı kimi məsələlər də var.

– BMT-nin sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında bağlı qapılar arxasında keçən görüşdə iki ölkənin xarici işlər nazirləri ilə yanaşı, kəşfiyyat rəhbərlərinin də iştirakı diqqət çəkir. Tərəflər daha sonra mətbuata Ukrayna müharibəsi ilə bağlı açıqlamalar versələr də, görüşün tam detalları açıqlanmayıb. Makronla Ərdoğan arasında hansı mövzular müzakirə olunub? Son zamanlarda iki liderin təmasları intensivləşdirməsi nədən qaynaqlanır?

– Görüşdə Fransa kəşfiyyatının olması ehtimal ki, Ukraynada müharibədən sonra təhlükəsizlik təminatları üzrə texniki məsələlərin müzakirəsi ilə bağlı olub. Çünki Fransa hərbçilərinin bura daxil olmaq ehtimalı var. Bu, bəlkə də Türkiyə ilə ittifaq yaratmaq istiqamətində müzakirə ola bilər.

– BMT sessiyasi fonunda Ukraynanın ön cəbhədə üstünlüyü ələ alması xüsusi diqqət çəkir. Ukrayna müharibənin ritmini dəyişib, Putini danışıqlar masasına oturda biləcəkmi? Ehtimal olunan görüş üçün məkan olaraq Qazaxıstanın adı keçir. Bundan əlavə, Rusiya dronlarının və döyüş təyyarələrinin Avropa ölkələrinin hava məkanına müdaxiləsi Rusiya üçün necə nəticələnəcək? Müharibənin Avropada genişlənməsi mümkündürmü?

– Hazırda Avropa, NATO və Rusiya arasında münasibətlərdə gərginlik pik həddədir. Bu isə artıq yaxın zamanda razılaşma əldə olunacağı təəssüratını yaradır. Yəni müəyyən mərhələdən sonra bu gərginlik bir az da davam edərsə qızğın münaqişəyə çevriləcəyinə görə indiki məqamda hər iki tərəfin nəhayət kompromis əldə edəcəyini düşünürəm. Təyyarələrin hava məkanını pozması, bildiyiniz kimi, sınaq xarakteri daşıyır və diplomatiyada bu, güc nümayişidir. Hər hansı bir təyyarənin vurulacağını da düşünmürəm.
Görüş üçün Qazaxıstan variantı bir qədər problemli görünür. Məlum olduğu kimi, Rusiyanın Qazaxıstanla münasibətləri son zamanlar heç də Belarusla eyni səviyyədə deyil. Görüş neytral ərazidə, lazım gələrsə, dənizdə gəmidə də keçirilə bilər, yəni bu texniki məsələdir. Vacib olan təhlükəsizlik təminatları məsələsini həll etməkdir. Harada görüşmək indi ən vacib məsələ deyil.

– Avropa İsrailin Qəzzanı işğalı qarşısında konkret addımlar atmağa başlayıb. İtaliya Qəzza zolağına potensial yardım göstərmək üçün dəniz gəmilərindən birini yönləndirib. İspaniya Qəzzaya havadan 12 ton humanitar qida yardımı atıb. İspaniya hökuməti İsrailə qarşı yeni sanksiyaları təsdiqləyib. Avropa ölkələrinin Fələstin məsələsində mövqeyi Qəzzadakı vəziyyəti dəyişəcəkmi? Fələstin dövləti və xalqının taleyi necə olacaq?

– Əslində vacib məqam odur ki, İngiltərə, Fransa və Avstraliya kimi ölkələr Fələstinin müstəqilliyini tanıdı. Yəni müstəqilliyi tanınan Fələstini fiziki olaraq işğal edə bilməzsiniz. Avropa İsrailin qarşısını almağa çalışır və çox müsbət addımlar atılır. Humanitar yardımlar isə vətəndaş cəmiyyəti qurumlarının təşkilatçılığı ilə həyata keçirilir.

– Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Qlobal Atom Forumunda iştirak etmək üçün Moskvaya gedir. O, BMT sammitinə qatılmayıb. Moskvada Putinlə danışacaq? Bu arada Ermənistanda yeni atom elektrik stansiyasının (AES) tikintisi layihəsi gündəmdədir. Metsamor AES-dəki təhlükəli vəziyyətlə bağlı Azərbaycan və Türkiyə dəfələrlə beynəlxalq təşkilatlara çağırış edib. Ermənistanın yeni AES tikmək planlarının məqsədi nədir? Bu layihə reallaşarsa, region ölkələri üçün hansı nəticələr doğura bilər?

– Bugün Moskvada keçirilən Qlobal Atom Forumunda Belarus Prezidenti Aleksandr Lukaşenko da iştirak edəcək və Putinlə təkbətək görüşü olacaq. Paşinyanla görüş barədə mətbuatda məlumat yoxdur və belə bir görüşün baş verəcəyini düşünmürəm.
Hazırda mövcud olan Metsamor AES Sovetlər dövründə tikilmiş texniki baxımdan köhnə nəsil atom elektrik stansiyasıdır. Yeni atom elektrik stansiyası inşa etməyi düşünmələri normaldır, çünki bu barədə razılaşma bugün əldə olunsa ən az 5-6 il sonra qüvvəyə minəcək. Əksinə, yeni stansiyanın inşası köhnə stansiyanın bağlanacağı anlamına gəldiyinə görə təhlükəsizlik baxımdan da Türkiyə və Azərbaycan üçün müsbət gəlişmədir.

– Ermənistanda Paşinyanla Rusiya meylli qüvvələr arasında mübarizə gedir. Rusiya regionda ABŞ-ın nüfuzunun artmasının dolayı yolla qarşısını almaq və Ermənistanda hakimiyyəti devirmək üçün müxalif və revanşist qüvvələrdən istifadə edir. Ermənistanda baş verən proseslər sülh prosesinə necə təsir edə bilər?

– Rusiya Ermənistanda ABŞ-ın deyil, Avropa İttifaqının (Aİ) varlığından çəkinir. Buna eynən Gürcüstanda olduğu kimi birinci dərəcəli təhdid olaraq baxır. Moskvanın ABŞ-ın indiki hakimiyyəti ilə müəyyən məqamda razılığa gəlmək ehtimalı yüksəkdir, amma Aİ ilə təmamilə zidd cəbhədə yer alır.

– Rusiyanın sülh prosesinə təsir edə biləcəyini düşünmürəm. Bugünə qədər kilsə üzərindən həyata keçirilən təzyiqlərlə bərabər belə bir şeyin baş verəcəyini istisna edirəm. Çünki Rusiyanın orda ən çox təsir edəcəyi qüvvə Qarabağ klanıdır ki, onun da hazırda Ermənistan siyasətində təsiri yoxdur. İkincisi, kilsə ilə bağlı hücumlar sınaqdan keçirildi, amma bu, xalq tərəfindən dəstək almadı.

Gülnar Səlimova
Globalinfo.az

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Sentyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see210

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see202

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see182

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see153

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see145

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see141

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see138

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see136

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

23 Sentyabr 2025 22:34see132

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see129

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see127

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see127

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see124

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see124

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see117

Məşhur ədviyyatın sağlamlıq üçün faydalı olduğu sübut edildi...

23 Sentyabr 2025 22:04see115

Milli Məclisdə görüşlər

24 Sentyabr 2025 03:44see115

Nəsimi fəlsəfəsi zamanın fövqündə

24 Sentyabr 2025 02:40see114

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see114

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri