Rusiyanın ilk uçan avtomobili Sərnişinlər paraşütlə yerə enirlər FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Rusiya özünün ilk uçan avtomobilini nümayiş etdirib.
Milli.Az bildirir ki, bu barədə "Telegram" kanalı xəbər verib.
Qeyd edilir ki, Rusiyada ilk uçan avtomobilinin prototipi "İF-9" adı ilə Moskvanın "Filatov" Konstruktor Bürosu tərəfindən təqdim edilib. Model hazırda sınaqlara hazırlanır.
Məlumata görə, təqdim edilən şəkillərdə avtomobilin 1:5 miqyasında maketi göstərilib. Avtomobilin ikiyerli olması nəzərdə tutulur. Qapılar əvəzinə kabinənin şəffaf açılan örtüyü var.
Bundan əlavə, bildirilir ki, havada fövqəladə vəziyyət yarandığı təqdirdə, "İF-9″un kabinəsi pirotexniki patronlar vasitəsilə ayrılaraq, kapsula şəklində yuxarı atılır. Bu vəziyyətdə, sərnişinlər paraşütlə yerə enirlər.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 17 Yanvar 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















