Icma.az
close
up
RU
Rusiyanın kütləvi PUA hücumu: 3 ölü, 12 yaralı

Rusiyanın kütləvi PUA hücumu: 3 ölü, 12 yaralı

Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.


Son sutkada Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 mülki şəxs həlak olub, 12 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə The Kyiv Independent bildirir.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində 174 hücum həyata keçirib. Onların 90-ı PUA-sı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. 70 PUA isə radarlardan itərək heç bir zərər vurmadan yoxa çıxıb.

Donetsk vilayətinin qubernatoru Vadim Filaşkin bildirib ki, Rusiya hücumları nəticəsində Mirnoqrad şəhərində 1 mülki şəxs həlak olub, Siverskdə isə 1 nəfər yaralanıb.

Xarkov vilayətinə edilən hücumlar zamanı 5 mülki şəxs yaralanıb. Bu barədə vilayət qubernatoru Oleq Sinequbov məlumat verib. O bildirib ki, martın 16-da Kupyansk şəhərinə edilən hava hücumu nəticəsində 57 yaşlı bir kişi yaralanıb, 22 evə isə ziyan dəyib. Velika Şapkivka kəndinə hava zərbəsi nəticəsində yanğın baş verib və 56, 66 və 75 yaşlarında 3 qadın, həmçinin 66 yaşlı 1 kişi yaralanıb.

Xerson vilayətində Rusiya hücumları nəticəsində 1 mülki şəxs həlak olub, 3 nəfər isə yaralanıb, vilayət qubernatoru Oleksandr Prokudin məlumat verib. Hücumlar zamanı bir çoxmənzilli bina və beş ev zərər görüb.

Odessaya PUA hücumu 1 qadının yaralanmasına səbəb olub, uşaq bağçasına, bir yaşayış evinə, mağazaya və avtomobilə ziyan dəyib. Bu barədə Odessa qubernatoru Oleq Kiper bildirib. Məlumata görə, enerji şəbəkəsinə dəyən ziyan nəticəsində Odessa ətrafında təxminən 500 istehlakçı işıqsız qalıb.

Vilayətin hərbi administrasiyasının verdiyi məlumata görə, Sumı vilayətinə edilən Rusiya hücumları nəticəsində 1 mülki şəxs həlak olub, 2 nəfər yaralanıb.

Seredına-Buda icmasına qarşı minaatan hücumu zamanı 1 nəfər həlak olub, 1 çoxmənzilli bina zədələnib. Belopolye və Miropolye icmalarında isə 2 nəfər yaralanıb.

Poltava vilayətinə pilotsuz uçuş aparatları ilə edilən hücumlar nəticəsində elektrik kəsintiləri baş verib

"Kremençuk rayonunda təxminən 1,100 istehlakçı işıqsız qalıb", - deyə vilayət qubernatoru Volodimir Kohut məlumat verib.


Elmina Qasımova, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 17 Mart 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri