Icma.az
close
up
RU
Rusiyanın ölkəmizdəki RUPORU “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR

Rusiyanın ölkəmizdəki RUPORU “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR

Icma.az, Bizim media saytına istinadən bildirir.

Hər bir media qurumunun konkret missiyası və vəzifələri olur. Bu prinsiplər pozulanda təbii ki, qərəz yaranır. “Sputnik Azərbaycan”ın fəaliyyətinə nəzər saldıqda qərəzli yanaşmanın olduğu aydın görünür. Xüsusilə də, fərqli maraqlar toqquşanda bu mətbuat orqanı daim Rusiyanın mövqeyindən çıxış edir.
Nəzərə alaq ki, “Sputnik Azərbaycan” 2015-ci ilin may ayının 25-dən fəaliyyət göstərir. Bu media qurumu Rusiyanın məşhur “Sputnik” İnformasiya Agentliyinin Azərbaycan nümayəndəliyidir. “Sputnik”sə 10 noyabrı 2014-cü ildə Rusiyanın paytaxtında dövlətə məxsus “Rusiyanın Səsi” və “RIA Novosti”nin  bazasında yaranıb.
Rusiyada Azərbaycanın rəsmi mətbuat orqanlarının redaksiyası fəaliyyət göstərmirsə, “Sputnik Azərbaycan”ın məqsədi nədir?
“Sputnik Azərbaycan” birbaşa olaraq Rusiyanın dövlət media qrupu olan “Rossiya Seqodnya”ya məxsusdur. Bu isə sözügedən media resursunun tamamilə təbliğat məqsədi ilə fəaliyyət göstərdiyinin açıq sübutudur.
Digər tərəfdən, “Sputnik”in Ermənistanda da redaksiyası mövcuddur. “Sputnik Armenia”da dərc olunan məqalə və xəbərlərə nəzər saldıqda, mətbuat orqanının açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxdığını görmək mümkündür. Nəzərə alsaq ki, bu media orqanı tamamilə Rusiya dövlət büdcəsindən maliyyələşir, deməli Moskva ya “Sputnik”in ölkəmizə qarşı fəaliyyətini təşviq edir, ya da buna göz yumur.
Belə olan halda isə haqlı sual meydana çıxır:
Rusiyada Azərbaycan dövləti tərəfindən maliyyələşən “Sputnik Azərbaycan”la müqayisə oluna biləcək hər hansı media resursu fəaliyyət göstərirmi? Təbii ki, xeyr. Yalnız “AzTV” və “Azərtac” kimi rəsmi mətbuat orqanlarının Rusiya üzrə müxbirləri çalışır. Onların fəaliyyətini “Sputnik Azərbaycan”ın fəaliyyəti ilə müqayisə etmək belə yersizdir. Yəni, bu mövzuda balansın olması vacibdir. Daha dəqiq desək, əgər Rusiya “Sputnik Azərbaycan”ın fəaliyyətinin davam etməsini istəyirsə, Azərbaycanın rəsmi mətbuat orqanlarının Rusiyada oxşar formada redaksiyasının fəaliyyətinə də imkan yaratmalıdır.
 “Sputnik”ə kim rəhbərlik edir?
Digər mühüm məqam isə odur ki, “Sputnik”in rəhbəri Marqarita Simonyandır. Rusiyada yaşayan erməni Simonyanın ölkəmizə münasibəti isə hər kəsə məlumdur.
Bunun nəticəsdir ki, “Sputnik Azərbaycan” heç zaman Azərbaycanın milli və dövlət maraqlarından çıxış etməyib. Agentlik Rusiyanın, imkan düşdükcə də Ermənistanın maraqlarına qulluq edib.
Təsadüfi deyil ki, 2016-cı ilin aprel döyüşləri zamanı “Sputnik”in Azərbaycan və erməni versiyaları demək olar ki, eyni mövqedən-Ermənistanın maraqlarından çıxış edirdi. Bu məqama diqqət edərkən daha bir maraqlı faktla rastlaşdıq.
Belə ki, Aprel döyüşləri zamanı “Sputnik”in şefi Marqarita Simonyan bütün məlumatların erməni mənbələrinə istinadən yayılmasına göstəriş vermişdi. Bu məlumatın sübutu üçün erməni media-maqnatı, “life.ru” saytının o vaxtkı sahibi Aram Qabrielyanla Marqarita Simonyanın yazışmasına baxmaq kifayət edir.

Bu azmış  kimi “Sputnik Azərbaycan” Azərbaycan dövlətinin beynəlxalq imicinə də güclü zərbə vurub. Məsələn, Ermənistan və Gürcüstan nümayəndəliklərindən fərqli olaraq Azərbaycan nümayəndəliyi davamlı olaraq Azərbaycana qarşı beynəlxalq aləmdə qıcıq yarada biləcək yazılar dərc edib. Xüsusən də, ölkəmizin ABŞ və Avropa Birliyi ilə münasibətlərin korlanması üçün “Sputnik Azərbaycan” böyük “əmək sərf edib”.
Simonyanın tezisləri ilə razılaşmayanların sonu
Redaksiyada Simonyandan gələn tezislərə etiraz edənlərinsə aqibəti heç zaman yaxşı olmayıb. Məsələn 2019-cu ildə “Sputnik Azərbaycan”ın baş redaktoru Mətin Yaşaroğlu tutduğu vəzifədən azad edildi. Yaşaroğlunun cəzalandırılmasına səbəb Moskvadan gələn tapşırıqlara tam əməl etməməsi idi. Mərkəzi ofis Yasaroğlundan siyasi motivlərdə, xüsusən də Qarabağla bağlı məsələlərdə erməni mövqeyi nöqteyi-nəzərindən danışmağı tələb edib. Bu tələbi yerinə yetirməyən baş redaktor adıçəkilən nəşrdən getmək məcburiyyətində qalıb.
“Sputnik Azərbaycan”da bu ilk qalmaqal deyil. Sonrakı illərdə də belə insidentlər olub. Məsələn 2022-ci ildə nəşrin rus dili versiyasının buraxılış redaktorları "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya  Müdafiə Nazirliyinin məlumatını yayımlamaqdan imtina edərək  tam tərkibdə istefa veriblər.
İstefa verən Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Elena Starostina, Gülzar Mustafayeva feysbuk paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa vermək məcburiyyətində qaldıqlarını yazmışdılar.
Separatçı bölgədən göndərilən baş redaktor
“Sputnik Azərbaycan”a rəhbərlik edən şəxslərin kimliyi də bir çox məqamlara aydınlıq gətirir. Məsələn, əvvəlki illərdə agentliyə rəhbərlik etmiş Əziz Əliyevin anasının erməni olduğu iddia olunur.
2022-ci ilin martında isə Simonyan “Sputnik Azərbaycan”a Vitali Denisovu rəhbər təyin etdi. Denisov bu təyinatdan əvvəl qondarma Cənubi Osetiya respublikasında “Sputnik”in yerli bürosuna başçılıq edib və çalışdığı müddətdə separatçı informasiyalar yaymaqla məşğul olub. Üstəlik, Denisovun Rusiya xüsusi xidmət orqanlarına bağlı olduğu haqqında da mətbuatda məqalələr dərc olunub.
“Sputnik Azərbaycan”ın 44 günlük müharibədə tutduğu mövqe
“Sputnik Azərbaycan” 44 günlük müharibə dövründə də ikili xətt tutub. Agentlik Azərbaycan haqq işi barədə obyektiv məlumatların dərc olunmasından maksimum uzaq qalıb. Nəşrin arxivində araşdırma apardıqda 44 gün ərzində Azərbaycan ordusunun uğurlu əməliyyatları haqqında yalnız bir yazıya rast gəldik. ”Vətən Müharibəsinin bir ayı: Azad olunmuş ərazilər - SİYAHI” başlıqlı yazıda sadəcə işğaldan azad olunmuş ərazilərin siyahısı öz əksini tapıb.
Təsadüfi deyil ki, “Sputnik Azərbaycan”nın ermənipərəst mövqeyi 44 günlük müharibədə böyük ictimai qınağa səbəb oldu. Tanınmış simalar bu media qurumunun Azərbaycanda fəaliyyətinin dayandırılmasını tələb etdilər.
Nəşrin ermənipərəst siyasətini göstərən başqa bir məqamsa bu günə kimi yazılarda “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsidir.

Halbuki, Azərbaycan mətbuatının leksikonundan bu ifadə artıq 5 ildir ki çıxıb. Amma “Sputnik Azərbaycan” xəbər və məqalələrin teg hissəsində hələ də “Dağlıq Qarabağ” ifadəsindən istifadə edir.
Azərbaycan -Türkiyə münasibətlərini pozmaq cəhdi
Vətən müharibəsindən sonra da nəşr anti-Azərbaycan və hətta anti-Türkiyə fəaliyyətini davam etdirdi. Məsələn, “Türkiyə sülhməramlıları Qarabağda: olmaq, yoxsa olmamaq” başlıqlı yazıda açıq şəkildə Türkiyə sülhməramlılarının Azərbaycana gəlişi pislənilir:

“...Türk hərbçilərinin hansı səbəbdən bölgədə sülhməramlı rolunu oynaya bilməyəcəyini bir daha izah etməyə ehtiyac yoxdur. Ankara ciddi-cəhdlə münaqişə tərəflərindən birinin maraqlarını müdafiə edir...” – yazıda qeyd olunub.
Bundan əlavə, noyabrın 20-də “Sputnik Azərbaycan”da dərc olunan “Türkiyə və Azərbaycan arasında son vaxtlar əsən sərin küləklərin səbəbkarı kimdir?” başlıqlı yazıda açıq şəkildə iki qardaş ölkə arasında münasibətlərdə problemlərin olduğu iddia edilib.
Təyyarə qəzası ilə bağlı manipulyasiyalar
Dekabrın 25-da Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə qəzaya uğradığı ilk saatlardan nəşr feyk xəbərlər paylaşdı. Dekabrın 26-da dərc olunan “Azərbaycan Hava Yolları"nın təyyarəsini HHM vasitələri vura bilməzdi - ekspertlər” sərlöhvəli yazıda hadisənin baş vermə səbəbləri bilərəkdən və qəsdən təhrif olunur.

Dekabrın 26-da dərc olunan “Ekspert təyyarə qəzasının baş vermə səbəbləri ilə bağlı ehtimalını açıqladı” məqalədə isə qəzaya səbəb kimi qətiyyətlə quş dəstəsi ilə toqquşma versiyası önə sürülür.
Halbuki, hələ dekabrın 25-i axşam saatlarında təyyarənin üzərindəki dəliklərin əks olunduğu görüntülər üzə çıxmış, hadisə şahidləri həmin videoları Azərbaycan rəsmilərinə təqdim etmişdilər.
“Rus Evi” ilə bağlı susqunluq
Daha bir diqqətçəkən məqam isə nəşrin Bakıdakı “Rus evi”nə olan münasibətidir. “Sputnik Azərbaycan” mütəmadi olaraq “Rus evi”nin fəaliyyətinin işıqlandırılması ilə məşğul olub.
Üstəlik, son günlərdə “Rus evi”nin fəaliyyətini dayandırması ilə bağlı çoxsaylı məlumatları “Sputnik Azərbaycan” nədənsə “görməyib”. Üstəlik, “Rus evi”nin bağlanması ilə bağlı Azərbaycan XİN-in rəsmi məlumatını belə Rusiya XİN-in təsdiqi ilə birgə dərc ediblər.

Göründüyü kimi, Azərbaycanda fəaliyyət göstərsə belə, “Sputnik Azərbaycan” üçün nəinki ölkəmizin maraqları, heç obyektivlik belə maraqlı deyil. “Sputnik Azərbaycan”ın fəaliyyətində Rusiyadan Marqarita Simonyanın xeyir-duası ilə göndərilən tezislər əsas prinsipdir. 
Bu cür mətbuat orqanının Azərbaycanda fəaliyyətini davam etdirməsi isə informasiya təhlükəsizliyinə birbaşa təhdid yaradır. Ona görə də, “Sputnik Azərbaycan”la bağlı lazımi addımları atmağın vaxtı yetişib...
Bizim.Media-nın analitik qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://bizim.media
archiveBu xəbər 12 Fevral 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see129

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see128

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see127

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see127

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see125

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see124

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see119

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see118

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see117

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see117

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see116

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see116

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see115

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see115

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see114

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri