Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmandan AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz böyük atanızın - Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, dünya miqyaslı görkəmli siyasi xadim, təcrübəli Ali Baş Komandan, doğma torpaqları azad edən və haqq-ədalət uğrunda mübarizədə qalib olan əsl lider kimi haqlı olaraq bütün Azərbaycan xalqının ən dərin hörmətini və hərtərəfli dəstəyini qazanmısınız.
Sizin müdrik siyasətiniz və qətiyyətiniz, qlobal strateji təfəkkürünüz və ölkənizə olan sonsuz məhəbbətiniz sayəsində Azərbaycan davamlı şəkildə inkişaf edir, dünya siyasətində mühüm mövqe tutur, Rusiya ilə tərəfdaşlıq əlaqələri daim genişlənir.
Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən nailiyyətlər, bol sevinc və nikbinlik, bütün planlarınızın həyata keçməsini arzulayıram.
Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm.
Hörmətlə,
Mixail Qusman
Dünya Xəbər Agentlikləri Şurasının vitse-prezidenti,
Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini,
Rusiya Dövlət mükafatı laureatı, Əməkdar jurnalist, Əməkdar mədəniyyət işçisi, professor
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 24 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















