Rusiyanın zavod və aerodromu vuruldu
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Rusiyanın iki şəhəri PUA-ların hücumuna məruz qalıb.
Modern.az Ukraynanın monitorinq teleqram kanalı “Exilenova+”a istinadən xəbər verir ki, sentyabrın 12-nə keçən gecə Rusiyanın Samara və Rostov vilayətlərində yerləşən iki şəhəri – Tolyatti və Taqanroqun pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldığı bildirilir.
Məlumata görə, hücum zamanı Tolyatti və Taqanroqda müxtəlif obyektlərin hədəfə alındığı ehtimal olunur. Onların arasında kimya zavodu, hərbi aerodrom və avtomobil zavodunun olduğu bildirilir. Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə bölgədə 70-dən çox PUA-nın məhv edildiyini açıqlayıb.
Onun sözlərinə görə, Taqanroqda PUA qalıqlarının düşməsi nəticəsində mağaza binasında yanğın baş verib.
Hadisə nəticəsində ölən və xəsarət alanların olmadığı bildirilib.
Baxış sayı:89
Bu xəbər 12 Sentyabr 2026 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















