Icma.az
close
up
RU
Rusiyaya üz tutanların əksəriyyəti “beyin axını” deyil, sadə işçi qüvvəsidir İqtisadçı

Rusiyaya üz tutanların əksəriyyəti “beyin axını” deyil, sadə işçi qüvvəsidir İqtisadçı

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Rusiya–Azərbaycan arasında olan bu çəkişmə qısa müddətlidir. Zaman-zaman bu və ya buna bənzər hallar yaşanıb. İlk növbədə onu qeyd edim ki, vətəndaşlarımızın müəyyən hissəsi orada artıq Rusiya vətəndaşıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, ikili vətəndaşlıq qəbul edilmir. Rusiya isə yalnız tək vətəndaşlığı qəbul etdiyi üçün həmin şəxslər təkvətəndaşlı sayılır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova vətəndaşlarımızın Rusiyaya iş dalınca getməməsi üçün görülməli olan tədbirlərdən danışarkən bildirdi.

"Digər tərəfdən, yaşayış icazəsi ilə və ya qeyri-qanuni olaraq çalışan şəxslərə gəldikdə isə, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan Respublikası öz vətəndaşlarının təhlükəsizliyi, müdafiəsi, təxliyə edilməsi və digər baxımlardan qorunmasına hazırdır.

Ölkəmizdə yetəri qədər istehsalın olmaması, maaşların digər ölkələrlə müqayisədə aşağı olması səbəbindən vətəndaşlarımız iş üçün müxtəlif ölkələrə, o cümlədən Rusiya Federasiyasına üz tuturlar. Düşünmürəm ki, hazırkı vəziyyətdə vətəndaşların ölkəmizə kütləvi axını olsun" - deyən iqtisadçı qeyd etdi ki, Avropa ölkələrinə daha çox axın gözlənilir.

"Tədbir görülməsi və vətəndaşların ölkəmizə qayıtmasına gəldikdə isə, bu, hal-hazırkı vəziyyət üçün mümkün deyil. İlk növbədə Rusiyaya üz tutanların əksəriyyəti “beyin axını” deyil, sadə işçi qüvvəsidir. Azərbaycan iqtisadiyyatının isə ilk növbədə həmin beyin axınına və konkret sahə mütəxəssisinə ehtiyacı var.

Digər qeyd olunan işçi qüvvəsinə gəldikdə isə, istehsal gücümüz daxili tələbatı qismən ödəyir. İlk növbədə, istehsal gücümüz daxili tələbatı tam ödəməlidir ki, professional satış strategiyasına malik mütəxəssis onu xarici bazara çıxara bilsin. Bununla da iş bitmir. İlk növbədə müəssisə qurulmalı, innovativ inkişaf strategiyası olmalıdır ki, maya dəyəri ucuz başa gəlsin. Beləliklə, məhsul həm münasib qiymətə satılsın, həm də dünya bazarında rəqabətqabiliyyətli olsun.

Qarabağ yeni işğaldan azad olunub. Bölgənin iqtisadiyyatının bərpası, restavrasiyası, tikinti-quruculuq işləri üçün həm zaman, həm də külli miqdarda vəsait lazımdır. Ona görə də hər hansı regionda və ya paytaxt Bakıda müəssisə qurulması, işlə təminat bir qədər mümkünsüzdür", - deyə Günay Hüseynova bildirdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyul 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri