Icma.az
close
up
RU
Ruslar “Şamaxı”ya niyə zəng edib? EKSKLÜZİV

Ruslar “Şamaxı”ya niyə zəng edib? EKSKLÜZİV

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Oyunların manipulyasiyası səbəbindən "Şamaxı" ötən ilin dekabrında iki futbolçusu - Adil Nağıyev və Georgi Kantariya ilə müqaviləyə xitam verdi.

Ötən ayın sonlarında, daha dəqiq desək, İntizam Komitəsinin yanvarın 30-da keçirilən iclasında Nağıyevin futboldan ömürlük uzaqlaşdırlması ilə bağlı qərar qəbul olundu. Onunla bigə adı neqativ olayda hallanan gürcü futbolçunun isə bir neçə gün öncə Rusiya I Liqasında mübarizə aparan "Sokol"la mövsümün sonunadək yeni müqavilə bağladığı barədə xəbərlər yayıldı.

Bu yerdə ortaya sual çıxır. Adil cəzalandığı halda, necə olur ki, gürcü futbolçu Saratov klubu ilə yeni anlaşmaya imza atır? Bu məsələdə iki versiya var. Ya Kantariyanın heç bir günahı yoxdu, ya da Rusiya klubunun rəsmiləri Kantariyanın Azərbaycandan hansı səbəbə qovulduğu haqda məlumatsızdılar...

Ancaq bizə çatan bilgiyə əsasən, ruslar gürcünün nəyə görə "Şamaxı"dan qovulduğunu bilir. Hətta onunla bağlı "şirlər"in rəsmiləri ilə əlaqə saxlayıb və baş verənlər barədə ətraflı məlumat toplayıblar. Ancaq buna baxmayaraq, Kantariya ilə münasibəti rəmsiləşdiriblər.

Onda belə çıxır ki, saratovlulara məhz Kantariya kimi oyunların nəticələrinə birbaşa təsir edən futbolçu lazım imiş...

Məsələ ilə bağlı "Şamaxı"nın baş meneceri Kamran İsmayılovla danışdıq. Kamran bəy Sport24.az-a açıqlamasında Rusiya klubundan zəng gəldiyini təsdiq etdi:

"Georgi Kantariya "Sokol"la müqavilə bağlamamışdan öncə Rusiya klubundan bizə zəng gəlmişdi. Onun barəsində məlumat toplamaq istəyirdilər. Mən də baş verənlər haqda onlara informasiya verdim. Bildirdim ki, iki futbolçu barədə şübhələr var idi. AFFA rəhbərliyi aiddiyatı qurumlarla birgə araşdırma apardı və şübhələndiyimiz oyunçulardan biri futboldan ömürlük uzaqlaşdırıldı. Ancaq Kantariya barədə hələ ki, heç bir qərar yoxdu. Onun sənədləri AFFA-dadı. Bu söhbətdən sonra Rusiya təmsilçisi gürcünün transferini reallaşdırdı".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://sport24.az
archiveBu xəbər 19 Fevral 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri