Icma.az
close
up
RU
Rüstəm Tahirov: KOB ların likvid girov baxımından məhdudiyyətləri var

Rüstəm Tahirov: KOB ların likvid girov baxımından məhdudiyyətləri var

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, xüsusilə regionallarda likvid girov baxımından məhdudiyyətləri var.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in təqdimat seminarında bildirib.

Onun sözlərinə görə, KOB-ların maliyyələşdirilməsi üçün əlavə və struktur məhdudiyyətləri ilk növbədə maliyyə savadlılığı ilə bağlıdır: "Mikro, kiçik və orta sahibkarlıqla bağlı apardığımız sorğular göstərir ki, onların təxminən üçdə birinin kreditləşdirənlər tərəfindən təklif olunan maliyyə məhsulları haqqında məlumatı məhdud və ya azdır. Bu da təbii ki, onların düzgün məhsul seçmək və kreditləşdirənlərlə səmərəli əməkdaşlıq etmək qabiliyyətini məhdudlaşdırır".

R. Tahirov əlavə edib ki, ikinci məsələ girov məhdudiyyətidir: "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, xüsusilə də regional ərazilərdə likvid girov baxımından məhdudiyyətləri var. Eyni zamanda, kreditlərin 80 %-dən çoxunun girov əsasında verilməsi müşahidə edilir. Bu o deməkdir ki, bəzən hətta həyat qabiliyyətli kiçik müəssisələr likvid girovları olmadığı üçün sistemdən kənarda qala bilərlər. Digər məhdudiyyət KOB sektorunda zəif maliyyə idarəetməsi və hesabatlılıq təcrübələri, eləcə də inkişaf etməmiş müstəqil mühasibatlıq və audit infrastrukturu, risk bölüşdürmə mexanizmi və nəhayət, hazırda vaxt və xərc tələb edən girovun bərpa edilməsi üçün qeyri-kafi girov ləğvetmə çərçivəsidir".

AMB rəsmisi vurğulayıb ki, bütün bu məhdudiyyətlər daha yüksək informasiya asimmetriyasına səbəb olur: "Bu da nəticədə kreditin daha yüksək dəyərinə və kredit ərizələrinin daha çox rədd edilməsinə, sonda isə KOB maliyyələşdirmə boşluğuna gətirib çıxarır. Mərkəzi Bank isə maliyyə qurumları üçün əlverişli mühit yaratmaq üçün prudensial alətlərindən istifadə edir. Məsələn, KOB-lar üçün risk çəkili aktivlər hazırda 50 % təşkil edir ki, bu da "benchmark" standartları ilə müqayisədə ən əlverişli variantlardan biridir. Eyni zamanda Mərkəzi Bank maliyyə qurumları ilə onların strategiyaları və biznes modellərinin müzakirəsi vasitəsilə əməkdaşlıq edir ki, biznes kreditləşdirməsini, xüsusilə də KOB kreditləşdirməsini stimullaşdırsın".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Noyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri