Icma.az
close
up
RU
Rütte Trampa Ukrayna üzrə yaxşı sövdələşməyə getməyə çağırış edib The Washington Post

Rütte Trampa Ukrayna üzrə yaxşı sövdələşməyə getməyə çağırış edib The Washington Post

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"NATO baş katibi istənilən sazişin düşmənlər tərəfindən Rusiyanın qələbəsi kimi qəbul edilməli olmadığına inandırmağa çalışıb..."

NATO baş katibi Mark Rütte ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa Ukraynaya yardımı Birləşmiş Ştatlar üçün "yaxşı sövdələşmə" kimi nəzərdən keçirməyə çağırış edib.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Nəşrin yazdığına görə, çərşənbə axşamı Rütte bəyan edib ki, Rusiya ilə istənilən potensial sülh sövdələşməsi ABŞ-ın düşmənlərinə bayram etməyə imkan verməməlidir.

Rəsmi şəxslərin sözlərinə görə, NATO ABŞ-ın Alyansdan çıxacağı ilə bağlı bəyanatları fonunda Trampa dəstək göstərməyə can atır. Onun hakimiyyətə gəlişilə liderlər Vaşinqtonun Avropanın müdafiəsinə tövhəsinin necə saxlanılması ilə bağlı strategiya işləyib hazırlamağa başlayıb.

Rütte noyabrın sonunda Floridadakı kurortda Mar-a-Laqoya gələrək, seçkilərdən sonra onunla görüşən ilk Avropa lideri olub. Rütte çərşənbə axşamı deyib ki, Trampa Ukraynanın taleyi ilə bağlı müzakirələr zamanı onlar həmçinin bu münaqişənin nəticələrinin Rusiya, Çin, İran və Şimali Koreya tərəfindən necə dəyərləndirəcəyini də nəzərdən keçirməçidir.

"Onların hamısı birgə işləyir", - bunu Rütte NATO ölkələri XİN rəhbərlərinin görüşündə jurnalistlərə deyib. "Rusiya bunun bədəlini, məsələn, sonradan Şimali Koreyalıların təkcə bizi və ya Cənubi Koreya və Yaponiyanı deyil, həm də ABŞ-ın qitə hissəsini təhdid edəcəyi raket texnologiyaları ilə ödəyir".

Rütte deyib ki, o, Trampı Ukraynada döyüş əməliyyatlarının dayandırlması üzrə istənilən sövdələşmənin hər biri ABŞ-ın gələcək prezidentinin diqqət mərkəzində olan Çin və Şimali Koreyanı ruhlandıracağına inandırmağa cəhd edib. "Ukrayna ilə hər dəfə saziş əldə edəndə, bu, yaxşı saziş olmalıdır".

Tramp Ukraynada müharibəni 24 saat ərzində dayandıracağını vəd edib, ötən həftə isə ehtiyatda olan general-leytenant Kit Kelloqu özünün Ukrayna müharibəsi üzrə elçisi təyin edib və o, döyüş əməliyyatlarını dayandırmağa cəhd edəcək.

Kelloq deyib ki, Ukrayna, ola bilsin ki, sülh və Qərbin təhlükəsizlik zəmanətləri müqabilində öz əraziləri üzərində tam nəzarətinin bərpa ediləcəyi ümidlərindən imtina etməli olacaq.

Ukrayna prezidenti Vladimir Zelenski son günlər bəyan edir ki, əgər Ukrayna NATO üzvlüyünü əldə edərsə, - bu isə hələ uzaq perspektivdir, - belə sxem işlək ola bilər.

Lakin NATO-nun bəzi rəsmi şəxsləri Rusiya prezidenti Vladimir Putinin yaxın zamanlarda danışıqlarda maraqlı olduğuna əmin deyil.

"Biz həqiqətən Putinin indi danışıqlara ciddi yanaşdığını düşünmürük", - bunu NATO-nun anonimlik şərtilə yüksək vəzifəli məmuru deyib. "Düşünürəm ki, Vladimir Putin danışıqlara hazırdır, lakin o, qalib gəldiyinə hələlik inandığına görə danışıqlar üçün onun o qədər də çox stimulu olmayacaq".

Brüsseldə Ukrayna və onun NATO üzrə ən yaxın müttəfiqləri ölkənin Alyansa dəvət almasına çalışır, lakin bir çox diplomatlar deyir ki, Trampın mövqeyinin qeyri-müəyyənliyi və Kremlə daha xeyirxah münasibət sərgiləyən Macarıstan cə Slovakiya kimi bəzi ölkələrin buna skeptik yanaşmasını nəzərə almaqla bu, real deyil.

Avropalı məmurlar deyir ki, Rütte və digər Avropa liderləri Trampa belə bir fikri çatdırmağa çalışıb ki, Ukraynanın pis sövdələşməyə sövq edilməsi onun ikinci prezidentlik müddətinə mane ola bilər.

Avropa liderləri Tramp administrasiyasının danışıqlara təkid edəcəyi təqdirdə onların da buna cəlb ediləcəklərinə və istənilən danışığa təsir vasitələrinə malik olacaqlarına əmin olmaq istəyir.

14 il ərzində Niderlandın baş naziri olan, öz ölkəsində müxtəlif siyasi partiyalardan koalisiya yaratmaqda mahir olan Rütte Trampla əlaqələr yaradılmasında ittiham edilir.

"O, həmişə körpülər yaradır, ona görə də o, bunu Mar-a-Laqoda yenidən edib", - bunu NATO-nun yüksək vəzifəli diplomatı deyib.

Trampın Ukrayna ilə bağlı ideyaları

Bundan öncə KİV-lər məlumat verib ki, Trampın Ukraynada müharibənin dayandırılması planı xarici hərbi qulluqçuların nəzarət edəcəyi bufer zonasının yaradılmasını özündə ehtiva edə bilər. 

Estoniya Avropanı Ukraynaya qoşun göndərilməsinə hazır olmağa çağırıb. Avropa İttifaqı həmçinin məlumat verib ki, indi hadisələrin belə inkişafını istisna etmək olmaz.

Ayrı-ayrı ölkələrin hərbçilərinin Ukrayna müharibəsində iştirakı bundan öncə də müzakirə edilib, lakin tərəfdaşlar yalnız öz hərbi təlimatçılarını göndərməyə hazır olduğunu deyib.

Bundan öncə Fransa prezidenti Emmanuel Makron deyib ki, Rusiya cəbhə xəttini yaracağı təqdirdə öz quru qoşunlarının göndərilməsini müzakirə etməli olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:302
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri