Sabah Bakıya duman çökəcək Səhər yola çıxanların diqqətinə!
Yenisabah saytına istinadən Icma.az xəbər verir.
Bakıda sabah səhər və axşam saatlarında arabir duman olacaq. Gecə saatlarında isə bəzi ərazilərdə qısamüddətli az çiskin gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dominos pizza
Havanın temperaturu gecə 17-21, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 24-29 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 7-12, gündüz 15-20 dərəcə isti gözlənilir.
Baxış sayı:107
Bu xəbər 13 Oktyabr 2026 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















