“Sabah” basketbol klubunun baş məşqçisi: “Çempionlar Liqası bizim üçün böyük təcrübə oldu” FOTO
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Bu, bizim çempionlar liqasında ilk mövsümümüz idi. Əlbəttə, təcrübə baxımından problemimiz var. Bu da təbii haldır”.
İdman.Biz xəbər verir ki, bu sözləri “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis FIBA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda Almaniyada “Alba Berlin” klubuna 82:106 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis məğlubiyyəti belə şərh edib:
“Evdə çox yaxşı oyunlarımız oldu. Amma təəssüf ki, bu performansı səfər oyunlarında nümayiş etdirə bilmədik. Heyətdə rotasiya ilə bağlı çətinliklərimiz var. Biz yeddi nəfərlə ilk üç periodda yaxşı mübarizə aparırıq. Lakin əvvəlki bəzi oyunlarda olduğu kimi, bu dəfə də son periodda heyətdəki rotasiya imkanlarının çatışmazlığı səbəbindən istədiyimizi edə bilmirik. “Alba Berlin”də eyni zamanda 3-4 oyunçu əvəzlənir, amma bizdə belə bir imkan yoxdur. Buna baxmayaraq, bu turnir bizim üçün böyük təcrübə oldu”.
Qeyd edək ki, qrup mərhələsini 7 xalla sonuncu – 4-cü pillədə başa vuran “Sabah” Çempionlar Liqasında mübarizəni dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 17 Dekabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















