“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah”ın oyunçularından Andrey Santosun Gürcüstanın “İberiya” klubunda icarə əsasında çıxış edəcəyi ilə bağlı məlumat vermişdik. Lakin sonradan futbolçunun fərqli kluba keçdiyi məlum olub. Belə ki, Andrey Santos karyerasını Ukrayna “Veres”ində davam etdirəcək.
Bu dəyişikliyin səbəblərini və keçidin detalları öyrənmək üçün “Football-plus.az” olaraq, klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıq:
“Gənc futbolçuların icarəyə göndərilməsində əsas məqsəd onların inkişaf etməsi və müntəzəm oyun praktikası qazanmasıdı. Andrey Santosun vəziyyətində də əsas prioritet onun daha çox oynamaq və inkişafını davam etdirmək imkanına malik olması idi. Futbolçunun istəyi, eləcə də tərəflər arasında aparılan müzakirələrin nəticəsi kimi karyerasının bu mərhələsində Ukraynanın “Veres” klubunda çıxış etməsinin daha məqsədəuyğun olduğu qənaətinə gəlindi. Bu səbəbdən, “İberiya” tərəfinin də razılığı ilə futbolçu “Veres”ə icarəyə göndərildi”.
İSRAYIL XEYRULLAYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 03 Avqust 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















