Icma.az
close
up
RU
Sabah qalib gəldi, Turan uduzdu

Sabah qalib gəldi, Turan uduzdu

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib.

Axar.az xəbər verir ki, günün son qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Səbail”i qəbul edib.

Rusiyalı baş məşqçi Vasili Berezutskinin “Sabah”ın sükanı arxasında debüt etdiyi görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin yeganə qoluna 29-cu dəqiqədə Coy Lens Mikels imza atıb.

Turun açılış matçında isə “Araz-Naxçıvan” “Turan Tovuz”u 1:0 hesabı ilə üstələyib.

Bu nəticələrdən sonra “bayquşlar” 22 xalla 4-cü, “dənizçilər” isə 8 xalla 9-cu sırada yer alıb. Xallarını 36-ya çatdıran Naxçıvan təmsilçisi turnir cədvəlində liderliyə yüksəlib. Tovuz klubu isə 27 xalla 3-cü pillədə qalıb.

Qeyd edək ki, turun digər oyunları noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.

seeBaxış sayı:25
embedMənbə:https://axar.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri