Icma.az
close
up
RU
“Sabah”ın qapısına het trik edən vunderkind “Mançester Yunayted”dən onu buraxmağı tələb edib

“Sabah”ın qapısına het trik edən vunderkind “Mançester Yunayted”dən onu buraxmağı tələb edib

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Mançester Yunayted”in ən perspektivli yetirmələrindən biri Cey Cey Qabriel Azərbaycan təmsilçisi “Sabah”ın qapısına het-trik etməsindən bir neçə gün sonra gözlənilmədən İngiltərə klubundan ayrılmaq istədiyini bildirib.

İdman.Biz “Telegraph Sport”a istinadən xəbər verir ki, 15 yaşlı futbolçu “Mançester Yunayted”də qeydiyyatının dərhal qüvvəyə minməklə ləğv olunması tələbi ilə rəsmi bildiriş göndərib. Belə olan halda Qabriel azad agent statusu qazana bilər. Bununla yanaşı, nəşrin məlumatına görə, o, hazırda dərhal başqa kluba keçməyi planlaşdırmır.

Bu vəziyyət “MY” rəhbərliyi üçün gözlənilməz olub. Qabriel 11 yaşından klubun sistemindədir və son illərdə akademiyanın ən istedadlı futbolçularından biri hesab olunur. O, ötən mövsüm “Mançester Yunayted”in ən yaxşı gənc futbolçusuna təqdim olunan Cimmi Merfi mükafatının ən gənc sahibi olub. Rayan Giqqs daha əvvəl onu nəsil istedadı adlandırıb və inkişaf yolunu Ueyn Runinin karyerası ilə müqayisə edib.

Xüsusilə maraqlıdır ki, Qabrielin qərarı “Sabah”a qarşı parlaq çıxışından dərhal sonra verilib. Sentyabrın 10-da “Leigh Sports Village” stadionunda 15 yaşlı hücumçu UEFA Gənclər Liqasının ümumi mərhələsinin ilk tur matçında het-trik edib. “Mançester Yunayted” U-19 Azərbaycan komandasını 5:0 hesabı ilə darmadağın edib, Qabriel isə üç qol vuraraq görüşün əsas qəhrəmanlarından biri olub. UEFA da turnirin start turunun icmalında onun het-trikini ayrıca qeyd edib.

Bundan əlavə, “Sabah”la matçın ertəsi günü futbolçunun sosial şəbəkə hesablarından “Mançester Yunayted”lə bağlı qeydlər yoxa çıxıb. Bir həftə keçməmiş klub Qabrielin əməkdaşlığı dayandırmaq istəyi barədə məlumatlandırılıb.

Vəziyyəti futbolçunun yaşı da çətinləşdirir. Qabriel yalnız oktyabrın 6-da 16 yaşı tamam olduqdan sonra təqaüd müqaviləsi imzalaya bilər, İngiltərədə peşəkar müqavilə isə 17 yaşdan mümkündür. “Mançester Yunayted” hələlik onun qeydiyyatını ləğv etməyə razılıq verməyib və vəziyyətdən çıxış yolu tapmağa ümid edir. Premyer Liqanın qaydalarına əsasən, yetkinlik yaşına çatmayan futbolçunun qeydiyyatına xitam verilməsi üçün klubun, futbolçunun və onun valideyni və ya qəyyumunun razılığı tələb olunur. Razılıq əldə edilmədiyi halda məsələ liqanın müzakirəsinə çıxarıla bilər.

Qeyd edək ki, Qabriel mütəmadi olaraq “MY”nin daha yuxarı yaş qruplarında çıxış edir və əsas komanda ilə məşq keçir. O, ötən mövsüm klubun gənclər komandalarında 29 matçda 26 qol vurub. Hazırkı vəziyyət yaranana qədər futbolçu əsas komandada yaxın zamanda debüt edə biləcək namizədlərdən biri kimi də nəzərdən keçirilirdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 16 Sentyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri