Icma.az
close
up
RU
Sabiq deputatdan ŞOK Ayvazovski DETALI: Osmanlı sultanlarının verdiyi ordenləri itin boynundan asıb

Sabiq deputatdan ŞOK Ayvazovski DETALI: Osmanlı sultanlarının verdiyi ordenləri itin boynundan asıb

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

“Xankəndində Ayvazovskinin heykəlinin sökülməsi işğala aid daha bir elementin bizim müqəddəs torpaqlarımızdan təmizlənməsidir. Ayvazovskinin Azərbaycana heç bir aidiyyatı yoxdur. Ayvazovskinin heç Azərbaycan-Rusiya münasibətlərinə də aidiyyatı yoxdur. Ayvazovski adlı bir rəssam, mariner - adı İvan olsa da əsl adı Ovannesdir. Ovannes Ayvazyan. 
Bu gün müasir Ermənistan ərazisində bir türkin nəfəsinin olmadığı bir zamanda bir erməninin Azərbaycan torpağında heykəlinin nə işi var? Digər tərəfdən bu bizin daxili işimiz, suveren haqqımızdır və müzakirə obyekti də ola bilməz”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
O əlavə edib ki,  Bu gün Şuşada Bülbülün, Natəvanın, Üzeyir bəyin və digərlərinin heykəllərinin gülləbəran edilməsi fakti hamının gözü qabağındadır: “Multukultural dəyər daşıyıcısı olan xalq üçün bu, hər hansı bir hərəkətin qayşılığında olmasa da ununtmayın ki, belə bir deyim var: “ hörmət” hörmətə bağlıdır”.

Ayvazovskinin iyrənc erməni xislətinə malik olması ilə bağlı tarixi fakta toxunan İltizam Yusifov deyib ki, Ayvazovski 1845-1890-cı illərdə dörd dəfə İstanbula səfər edib: “Sənətə, mədəniyyətə dəyər verən üç türk sultanı Aivazovskiyə rəğbəti bəsləyirmişlər. Onun yaradıcılığına gənc yaşlarından sənətə maraq göstərən Sultan Əbdül-Məcid və özü rəssam olan Sultan Əbdül-Əziz və sənətkarlara himayədarlıq edən Sultan Əbdül-Həmid yüksək qiymət verirmişlər. Onlar Aivazovskiyə saray rəssamı rütbəsi verirlər. Sultan II Əbdülhəmid rəssamı birinci dərəcəli Məcidi ordeni ilə təltif edib.

Amma erməni erməniliyində qalır. 

Ömrünün sonunda guya Osmanlı imperiyasının ermənilərə qarşı qırğınları haqqında xəbərlərdən təsirlənən rəssam yaşadığı Krımda aksiya keçirir. Rəssam Osmanlı imperiyasınnda Sultanların ona verdiyi qiymətli ordenləri həyət itinin boynuna asır. Osmanlı mükafatları ilə bəzədilmiş iti şəhərdə gəzdirir. Daha sonra Aivazovski bir qayıqla dənizə çıxır və hədiyyələri və "qanlı nişanları" dənizə atır. Bu, deyilənə görə İvan Konstantinoviçin, yəni Ovannes Ayvazyanın vətəndaşlıq və mənəvi mövqeyi idi.
Buyurun. Bu da erməni xisləti”.

Bununla bağlı Rusiya tərəfinin “can-fəşanalığına” gəldikdə sabiq deputat bildirib ki, ilk olaraq  bu msələdə  beynəlxalq hüququq pozan və belə bir xoşgəlməz halın yaranmasına şərait yaradan Rusiya tərəfidir. “Çünki  2021-ci ildə rus hərbi kontibngenti Xankəndidə belə bir abidəni Azərbaycanın razılığı  və icazəsi olmadan orada  ucaldıblar ki,  bu da  beynəlxlaq hüquqa görə qəti qadağandı və məsuliyyət yaradan hərəkətdir.  «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokolunda (1954, 1999) ərazisində sülhməramlılar yerləşdirilən dövlət izn verməzsə, üstəlik, özlərinin mandatında da bu yoxdursa, onların işğal altında olan, yaxud da mübahisəli sayılan ərazidə abidə qoymaları, yaxud da daim orada qalacaq mədəni obyekt tikmələri qadağan edilir. 
İkincisi, Rusiya tərəfinin  belə bir manadatı olmadığından  qanunsuzdur.

Üçüncüsüi isə  belə bir abaidənin qoyulması ilə bağlı  Azərbaycan tərəfindən razılıq alınmayıb. Ona görə də Ayvazovskinin abidəsinin sökülməsi tamamilə qanunauyğundur.  Erməni diasporunun əlində alət  rolunda çıxış edən zatulinlər, şvıdkoylar anlamalıdırlar ki, bu cür  hərəkətləri ilə ikitərəfli qonşuluq münasibətlərinə xələl gətirməklə əslində Rusiyanın maraqlarına ciddi zərbə vururlar. Azərbaycana qarşı bu cür təzyiq, təhdid dili ilə danışmaq heç bir ölkəyə dvident gətirməyib. Belə cılız düşüncə sabibləri anlamır ki, bu cür hərkətləri ilə əslində  təmsil etdikləri ölkənin beynəlxalq hüquqa hörmətsizliyini ifşa etməklə, Rusiyanın beynəlxalq aləmdəki zədələnən nüfuzuna daha da ciddi zərbə vurmuş olurlar”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Avqust 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri