Icma.az
close
up
RU
Sabiq NATO komandanı Putini danışıqlara məcbur edəcək yeganə yolu açıqladı

Sabiq NATO komandanı Putini danışıqlara məcbur edəcək yeganə yolu açıqladı

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO-nun birləşmiş qüvvələrinin sabiq ali baş komandanı, istefada olan admiral Ceyms Stavridis ABŞ-ı və onun müttəfiqlərini Ukraynaya yalnız müdafiə deyil, həm də hücum xarakterli silahlar təqdim etməyə çağırıb. Onun fikrincə, yalnız bu cür təzyiq Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill” yazır.

"Mən daha çox "Harpoon” raketlərinin verilməsini istərdim – Qara dəniz donanmasına zərbə vurmaq üçün. Daha çox HIMARS, dərin arxa mövqeləri vura bilən ‘yer-yer’ tipli silahlar, daha çox hücum yönümlü kiber imkanlar və bir neçə F-16 döyüş təyyarəsi lazımdır”, – deyə Stavridis bildirib.

O əlavə edib ki, Patriot zenit-raket sistemləri həyati əhəmiyyət daşıyır, lakin müharibənin gedişatını dəyişmək üçün yetərli deyil:

"Biz istəyirik ki, Putin danışıqlara başlasın. Bu isə yalnız güclü təzyiq altında mümkündür”.

Stavridis ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sərt mövqeyini dəstəkləyib:

"Putin atəşkəsi qəbul etməyə məcbur edilməlidir. Bunun üçün isə yalnız diplomatiya kifayət deyil – həm hərbi, həm də iqtisadi real təzyiq lazımdır”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində NATO ilə yeni müdafiə razılaşması elan edib. Razılaşmaya əsasən, Avropa müttəfiqləri hesabına Ukraynaya 17 ədəd Patriot batareyası veriləcək. Tramp bildirib ki, bu, "tam komplektdir” və yaxın bir neçə gün ərzində Ukraynaya çatdırıla bilər.

Bununla yanaşı, Tramp əgər 50 gün ərzində müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunmasa Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi ilə hədələyib. O həmçinin senator Lindsi Qremin Rusiyaya qarşı sərt "ikincili sanksiyalar” layihəsini dəstəklədiyini açıqlayıb.


Alpər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:292
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 İyul 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri