Icma.az
close
up
RU
Sabiq nazirdən Azərbaycandan Avropaya qaz nəqli ilə bağlı YENİ TƏKLİF

Sabiq nazirdən Azərbaycandan Avropaya qaz nəqli ilə bağlı YENİ TƏKLİF

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Avropanın qaz təchizatının ciddi şəkildə şaxələndirilməsinə ehtiyac vardı".

Bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, Rusiyanın Ukrayna üzərindən Avropaya qazın nəqlini dayandırması səbəbindən isə bu ehtiyac daha da böyüdü:

"Yeni ildən etibarən Rusiya tərəfindən qazın nəqlinin dayandırılması Avropadakı həyat üçün çox ciddi zərbədir. Onsuz da Rusiya "Şimal axını-1" xətti ilə nəql olunan qazın həcmini zaman-zaman azaldırdı. Xüsusilə də Almaniyaya ixrac olunan qazın həcmi azalırdı. Sonda bunu tamamilə dayandırdı".

Sabiq nazir diqqətə çatdırıb ki, biz isə "Cənub Qaz Dəhlizi" vasitəsilə Azərbaycan qazının Avropaya çatdırılması təmin edirik:

"Üstəlik, ölkəmizdən Avropaya tədarük olunan qazın həcmi isə artır.

Ancaq müəyyən hədlər və məhdudiyyətlər olduğunu da nəzərə almaq lazımdır. Yəni biz müəyyən həddə qədər Avropaya qaz ixrac edə bilərik.

Lakin Azərbaycandan daha çox qazın təmin olunması üçün qonşu ölkələrin, xüsusilə də Türkmənistan qazının ölkəmiz üzərindən nəqli barəsində düşünmək olar. 

Hesab edirəm ki, bu, Türkmənistan üçün də çox sərfəli variantdır. 

Əgər razılaşmalar əsasında bu mənbə hərəkətə gətirilərsə, o zaman Avropaya Azərbaycan üzərindən öz qazımızla yanaşı, tranzit formada digər qaz həcmlərinin də ixrac etmək imkanları yaranar".

Fikrət Yusifov vurğulayıb ki, bu da Avropanın qaz təchizatında müəyyən bir şaxələndirməni təmin edə bilər:

"Biz bu gün Avropaya qaz ixrac edirik. Ancaq ixracımızın həcmi Avropa bazarının qaza olan tələbatının çox kiçik bir hissəsidir.

Avropa hər il 520-530 milyard kubmetr qaz istehlak edir. Yəni 15-20, yaxud 30 milyard kubmetr qaz ixrac etmək o ehtiyacın az hissəsini qarşılayar.

Lakin Avropanın cənub-şərqində yerləşən ölkələrin bəzilərinə qaz ixrac edirik. Daha çox qaz ixrac etmək və Rusiya qazını əvəzləmək üçün Azərbaycan üzərindən alternativ variantlardan istifadə etməyi düşünməliyik. Yeganə real mənbə qaz mənbəsi isə Türkmənistandır". 

Elmir Mustafa
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Yanvar 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri