Icma.az
close
up
RU
Sabirabadlı pedofilin videosunu ögey qızı yayıbmış: Hər şey məlum oldu

Sabirabadlı pedofilin videosunu ögey qızı yayıbmış: Hər şey məlum oldu

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən həftə Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə prosesi keçirilmiş, o, 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Sosial şəbəkələrdə yayılan və Mərdan Həsənovun məsuliyyətə cəlb olunmasına səbəb olunan video onun ögey qızı Nərgiz (ad şərtidir) tərəfindən 61 yaşlı kişinin qanunazidd əməllərinin ifşa olunması məqsədilə lentə alınıb. Qısa arayış olaraq bildirək ki, Mərdan Hüseynovun əxlaqsız hərəkətlər etdiyi 6 yaşlı Sünbül (ad şərtidir) onun qonşusunun qızı olub. Sünbülün anası Nəzakətin (ad şərtidir) işi çox olduğu vaxtda azyaşlı övladlarını Mərdanın arvadına və qızına tapşırıb.

2025-ci ilin iyununda yenə Nəzakət uşaqları Mərdanın ailəsinə tapşıraraq öz işinin arxasınca gedib. Bu zaman Mərdanın ögey qızı Sünbüllə bir qədər həyətdə oynadıqdan sonra evə daxil olublar. Həmin vaxt Mərdan öz telefonunda TikTok-a baxırmış. Nərgiz yenidən həyətə qayıtdıqdan sonra Mərdanın əlindəki mobil telefonun səsinin kəsildiyini eşidib, azyaşlı ilə telefona baxmadıqları təqdirdə nə etmələri ona maraqlı gəlib. Təxminən 2-3 dəqiqə sonra Mərdan onun yanına gələrək mobil telefonunun ekranının kilidə düşdüyünü deyib və aça bilmədiyini bildirib. Nərgiz ögey atasından telefonu alıb baxan zaman TikTok-da videoçəkiliş üçün nəzərdə tutulmuş bölmədə təxminən 6-7 saniyəlik videogörüntü olduğunu, lakin həmin görüntünün yaddaşa yazılmadığını görüb.

Həmin görüntüyə diqqətlə baxarkən ögey atası Mərdanın Sünbülü öpdüyünü görüb, bu görüntüləri ögey atasının özü də bilmədən qeydə aldığını başa düşüb və bu barədə heç kimə xəbər etmədən videonu telefonun yaddaşına yazmadan silib. Lakin Mərdanın Sünbülü bu formada öpməsinin normal olmamasını başa düşərək ögey atasının azyaşlıya qarşı seksual hərəkət etməsindən şübhələnib. Nərgiz bu barədə evə gəldikdən sonra anasına danışsa da, qadın inamayıb və “uşaqdır, öpür də, burada nə var ki, Mərdan həmin uşaqları nəvəsi gözündə görür” deyə cavab verib.

Həmin günün səhəri saat təxminən 12 radələrində anası evdə olmadığı müddətdə Mərdan ona səslənərək qonşunun qızını evə gətirməyi, onunla oynamaq istədiyini bildirib. Nərgiz bu dəfə Mərdanın nə etdiyini dəqiqləşdirmək üçün evə daxil olub qonaq otağına girərək mobil telefonunu cərəyana qoşacağını deyib, əslində isə həqiqəti öyrənib anasına çatdırmaq üçün mobil telefonu videogörüntüyə qoyaraq yenidən həyətə qayıdıb. Təxminən 5-6 dəqiqə sonra Mərdan hər iki uşaqla birlikdə həyətə düşdükdə evə qalxıb mobil telefonunu götürüb çəkilmiş videogörüntüyə baxarkən Mərdanın azyaşlıya qarşı əxlaqsızlıq etdiyini görüb. Təxminən 1 saat sonra evə gələn anasına videonu göstərib.

Anası onunla birlikdə qonşusunun evinə gedərək olanları sonuncuya danışıb və mobil telefonundakı videonu göstərib. Sünbülün anası əsəbləşsə də, camaat arasında biabır olmamaları üçün Mərdanın barəsində heç yerə şikayət etməyəcəklərini bildirib və ondan telefonundakı videonu silməyini xahiş edib. O, telefonunun “Galereya” bölməsindən videonu silib, lakin görüntü “Google foto” bölməsinin yaddaşından qalıb. Xeyli müddət keçməsinə baxmayaraq o, Sünbülün anası və valideynlərinin, eləcə də öz anasının Mərdanın iyrənc və qanunsuz əməlini bilə-bilə bu barədə polisə şikayət etməmələrini və heç nə olmamış kimi davranmalarını gördükdə əsəbləşib, Mərdanın azyaşlı qıza qarşı etdikləri ağlından çıxmyıb, həmin əməllərindən sonra təqsirləndirilən şəxsin azadlıqda qalması onu incidib. Buna görə 2025-ci ilin iyul ayının sonlarında “İnstagram”da hesab açaraq videonun ictiamiyyətə yayılmasını təmin etmək üçün səhifələrdən birinə göndərib, əxlaqsızlıq edən şəxsin kimliyi barədə məlumat verdikdən sonra hesabını silib. Qeyd edək ki, sözügedən video ictiamiləşəndən sonra Mərdan Həsənov məsuliyyətə cəlb olunub. (teleqraf)

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri