Icma.az
close
up
RU
Şabranda şəhid ailələrinin və qazilərin iştirakı ilə tədbir keçirilib FOTOLAR

Şabranda şəhid ailələrinin və qazilərin iştirakı ilə tədbir keçirilib FOTOLAR

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Resurs” Analitik İnformasiya Mərkəzi İB “Tarixi zəfərin ideoloji əsaslarının təhlili” layihəsini davam etdirir

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Resurs” Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi “Tarixi zəfərin ideoloji əsaslarının təhlili” layihəsi çərçivəsində növbəti dəyirmi masa Şabran şəhərində keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri, eləcə də Şəhid Seyfəddin Babayevin anası Besxanım Balağayeva, Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, Şabran rayon icra hakimiyyətinin əməkdaşı Arif Nəbiyev, QMƏŞAİB-nin Şabran rayon nümayəndəsi Namiq Cümşüdov, QXRMİ-nin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Qazi Sədyar Orucov, Şəhid atası Firdovsi Orucov, Şəhid atası Coşqun Babayev və digərləri iştirak edib.

Tədbiri açan layihə rəhbərinin köməkçisi Qismət İsmayılov tədbirin “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Q.İsmayılov 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi qələbədən danışıb və yetişməkdə olan gənc nəsli Vətəni sevməyə, xalqın milli maraqlarını getdikləri xarici ölkələrdə qorumağa, təbliğ etməyə çağırıb.

Şabran rayonu Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev çıxışında diqqəti 2025-ci ilin “Konstitusiya və suverenlik ili” olaraq qeyd olunmasına yönəldib. Bildirib ki, 2025-ci il Konstitusiyamızın qəbul edilməsinin 30 ili, suverenliyimizin təmin edilməsinin 5 ili tamam olur. Bu xüsusi ildönümləri qeyd etməklə Azərbaycan xalqı böyük qürur və fəxarət hissi keçirir.

Şəhid Seyfəddin Babayevin anası Besxanım müəllimə 44 günlük Vətən Müharibəsində əldə olunan qələbənin əsas memarının xalq-hakimiyyət birliyi olduğunu bildirib. Qeyd edib ki, uzun illər, əsərlər keçsə də, hərb tarixinə qızıl hərflərlə yazılan möhtəşəm qələbə böyük fəxarət hissi ilə qeyd ediləcək, qəhrəman əsgər və zabitlərimizin döyüş yolu haqqında kitablar yazılacaq, kinolar çəkiləcək.

Tədbirdə çıxış edən Şabran rayon icra hakimiyyətinin əməkdaşı Arif Nəbiyev, QMƏŞAİB-nin Şabran rayon nümayəndəsi Namiq Cümşüdov, QXRMİ-nin Şabran rayonu üzrə nümayəndəsi Xalidə Əliyeva, Qazi Sədyar Orucov, Şəhid atası Firdovsi Orucov, Şəhid atası Coşqun Babayev və digərləri Azərbaycanın əldə etdiyi sosial, iqtisadi uğurlardan, 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışıb, əldə olunan nailiyyətlərə görə, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri