Sabunçuda evdən 10 min manatlıq oğurluq edildi
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Sabunçu rayonunda yerləşən evlərin birindən 10 min manat dəyərində məişət əşyaları naməlum şəraitdə oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Ə.Əliyev və 34 yaşlı V.Bayramov saxlanılıblar.
Araşdırmalarla onların taladıqları məişət əşyalarını satdıqları müəyyən edilib.
Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə zərərçəkənə məxsus 2000 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən N. Mursaquliyev, R. Bayramlı və E. Əliyev saxlanılıblar. Araşdırmalarla onların oğurladıqları mopedlə yol nəqliyyat hadisəsi törətdikləri də müəyyən edilib.
Qeydə alınan hadisələr üzrə araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 22 Avqust 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















