Saç boyayarkən sağlamlıq üçün zərərli qoxulardan qurtulmağın yolları
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tərkibindəki kimyəvi maddələrə görə saç boyasının qoxusu baş ağrısından nəfəs darlığına qədər müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Oxu.Az "Milliyet" qəzetinə istinadla xəbər verir ki, mütəxəssislər saç boyayarkən yaranan bu kimyəvi qoxulardan qorunmaq üçün tədbirlər görülməli olduğunu bildirirlər.
Onların sözlərinə görə, qapalı şəraitdə saç boyanması kimyəvi buxarlarla nəfəs almağımıza səbəb ola bilər:
"Buna görə də pəncərəni açmaq və ətrafı havalandırmaq böyük əhəmiyyət kəsb edir. Xüsusilə qoxulara qarşı həssas olanlar üçün maska taxmaq məsləhət görülür. Saç boyaları dəri ilə də təmasda ola bilər. Əlcək taxmaq həm dərini qoruyur, həm də kimyəvi maddələrə məruz qalma müddətini məhdudlaşdırır. Prosedurdan sonra otağın yaxşıca havalandırılması və istifadə olunan materialların kənarlaşdırılması qoxunun qalıcı olmasının qarşısını alır".
Mütəxəsssilər boya qarışığını hazırlayarkən və saça sürərkən başı mümkün qədər qarışığa yaxın tutmamağı da məsləhət görürlər:
"Qısa fasilələrlə otaqdan çıxmaq da faydalı ola bilər. Kimyəvi təsirləri azaltmaq üçün prosesi uzatmamaq vacibdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 01 İyun 2025 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















