Icma.az
close
up
RU
Saç tökülməsi nə zaman təhlükəli sayılır?

Saç tökülməsi nə zaman təhlükəli sayılır?

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Saç tökülməsi qadın və kişi fərq etmədən bir çox insanın qarşılaşdığı geniş yayılmış problemdir.

Milli.Az xəbər verir ki, bu hal çox vaxt mövsümi və bəzən daha ciddi problemlərin xəbərçisi ola bilər.

Türkiyəli dermatoloq-həkim Hicran Ercan Dikerin sözlərinə görə, saç tökülməsi ilk mərhələdə ciddi xəstəlik kimi qiymətləndirilmir. Lakin uzun müddət davam edərsə, getdikcə artarsa və saçlarda nəzərə çarpan incəlmə olarsa, mütləq dermatoloqa müraciət etmək lazımdır.

Həkim qeyd edib ki, saçın təbii böyümə dövrü mövcuddur. Belə ki, saç tellərinin təxminən 85-90 faizi 2-6 il davam edən aktiv böyümə mərhələsində olur, 10-15 faizi isə istirahət və tökülmə fazasında olur. Bu səbəbdən gündə 50-100 tel saçın tökülməsi normal hesab edilir.

Onun sözlərinə görə, stres, qeyri-düzgün qidalanma və bəzi xroniki xəstəliklər saç köklərinin böyümə prosesinə təsir edə bilər. Xüsusilə ani stres, infeksiyalar, əməliyyatlar və ya ağır xəstəliklərdən sonra saçlar vaxtından əvvəl istirahət mərhələsinə keçərək kütləvi tökülməyə səbəb ola bilər.

Eyni zamanda, dəmir, sink, zülal, B12 vitamini, fol turşusu və D vitamini çatışmazlığı da saçların sağlam uzanmasına mane olur. Şəkərli diabet, qalxanabənzər vəz xəstəlikləri və immun sistemi ilə bağlı bəzi problemlər də saç tökülməsini artıran amillər sırasındadır.

Vurğulayır ki, kişilərdə ən çox rast gəlinən saç tökülməsi tipi genetik meyillə bağlıdır və adətən 20-30 yaşlarda başlayır. Bu zaman saç xətti gicgah nahiyəsindən geri çəkilir və ya təpə hissədə seyrəlmə yaranır. Qadınlarda isə tökülmə daha çox ümumi seyrəlmə şəklində özünü göstərir.

Saç tökülməsinin diaqnostikasında xəstənin hekayəsinin dinlənilməsi mühüm rol oynayır. Həkimlər tökülmənin nə vaxt başladığını, artıb-artmadığını, ailədə oxşar halların olub-olmadığını və yanaşı xəstəlikləri araşdırır. Müayinə zamanı saç çəkmə testi aparılır, zərurət olduqda isə qan analizləri - hemogram, ferritin, B12, fol turşusu, D vitamini və qalxanabənzər vəz hormonları yoxlanılır.

Həkimlər bildirir ki, saçda dairəvi açılmalar, qaş və ya kiprik itkisi kimi hallar müşahidə olunarsa, bu zaman digər dəri xəstəlikləri də nəzərdən keçirilməlidir.

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Aprel 2026 02:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri