Icma.az
close
up
RU
Saç tökülməsinə səbəb ola biləcək iki növ içki Elmi araşdırma

Saç tökülməsinə səbəb ola biləcək iki növ içki Elmi araşdırma

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəkərli qazlı və spirtli içkilərin müntəzəm istifadəsi saç tökülməsi riskini artırır, dəmir və D vitamini olan məhsullar isə keçəlləşmədən qoruyur.

Oxu.Az xəbər verir ki, bunu "Nutrition and Health" ("NutritHealth") jurnalında dərc olunan araşdırmanın nəticələri göstərib.

Alimlər belə qənaətə əvvəllər dərc olunmuş 17 elmi məqalənin meta-analizi nəticəsində gəliblər. Onlar ABŞ, Avropa və Asiyadan olan 61.332 nəfərin sağlamlıq vəziyyətini və qidalanma xüsusiyyətlərini qiymətləndiriblər. Subyektlərin ümumi sayının 97%-ni qadınlar təşkil edib.

Təhlil göstərib ki, qida rasionunda D vitamini və dəmirin miqdarının yüksək olması alopesiya ehtimalının aşağı olması və effektiv saç böyüməsi ilə əlaqələndirilir. Əksinə, alkoqol və şəkərli içkilərin istehlakı daha çox saç tökülməsi və erkən ağarma ilə müşayiət olunub.

Alimlər qeyd ediblər ki, soya məhsulları, brokoli və kələm kimi xaççiçəklilər fəsiləsinə aid tərəvəzlərin istehlakı saç tökülməsinin azalması ilə əlaqələndirilir. Bir sıra kompleks əlavələr də müsbət təsir göstərir, lakin bəzi klinik sınaqların keyfiyyəti orta və ya aşağı olub.

Müəlliflər vurğulayıblar ki, bunlar birbaşa səbəb-nəticə əlaqələri deyil, assosiasiyalardır, çünki tədqiqatların əksəriyyəti müşahidə xarakteri daşıyır, qidalanma və saçların vəziyyətini qiymətləndirmək üçün müxtəlif üsullardan istifadə edilib.

Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, saç tökülməsindən şikayətləriniz varsa, D vitamini və ferritin səviyyəsini (dəmir ehtiyatlarının göstəricisi) yoxlamaq, çatışmazlıq varsa, onu aradan qaldırmaq, şəkərli içkilər və spirt istehlakını məhdudlaşdırmaq məqsədəuyğundur. Onların fikrincə, bu yanaşma əsas dermatoloji terapiya ilə yanaşı saçların sağlamlığını qoruyub saxlamaq üçün sadə və sərfəli strategiya ola bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:328
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Sentyabr 2025 02:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see359

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see337

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see276

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see266

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see266

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see265

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see258

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see253

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see248

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see244

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see236

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see235

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see234

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see231

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see223

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see222

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see221

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see199

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri