Icma.az
close
up
RU
Şad xəbər: Bu şəxslərə mənzillər veriləcək

Şad xəbər: Bu şəxslərə mənzillər veriləcək

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda bu şəxslərə Bakı və Lənkərandakı MİDA binalarından mənzillər veriləcək.

Azərbaycanda şəhid ailələri və qazilər dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunub. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı əsas prioritetlərdən biridir. Bu istiqamətdə həyata keçirilən sosialyönümlü işlər davam etdirilir. Proqramın davamlı icrası ilə bağlı Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş daha bir qrup şəxsə və şəhid ailələrinə Bakı və Lənkəran şəhərlərində mənzillər veriləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı həyata keçirilən işlər çərçivəsində mənzillərin satın alınması proseduru yekunlaşıb.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi qeyd olunan şəhərlər üzrə şəhid ailələri və qazilərin mənzillə təmin olunması üçün Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.

Dəyəri 8 126 595 manat olan satınalma müqaviləsinə əsasən, mənzillər 2 və 3 otaqlı olacaq.

Qeyd edək ki, Vətən müharibəsi bitəndən indiyə qədər şəhid ailəsinin üzvü və müharibə veteranı olan 106 min nəfərə 119 min aylıq sosial ödəniş, 24,2 min şəxsə isə birdəfəlik ödəmə təyin olunub. Həmçinin şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 326 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib.

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 68,1 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Müharibə ilə əlaqədar əlilliyi olan 2232 şəxs 61,1 min reabilitasiya vasitəsi, o cümlədən 490 şəxs 599 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.

Bununla bərabər, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 24,4 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,1 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 363 min xidmət göstərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Dekabr 2024 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri