Icma.az
close
up
RU
Sadıqov büdcədən 30 milyard mənimsəyib? YENİ DETALLAR

Sadıqov büdcədən 30 milyard mənimsəyib? YENİ DETALLAR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan əsilli iş adamı, “Ximki” futbol klubunun sabiq sahibi Tufan Sadıqovun Rusiyanın dövlət büdcəsindən on milyardlarla rubl mənimsədiyi iddia edilir.

Modern.az-ın məlumatına görə, iddialar Rusiya mediası və bir sıra teleqram kanallarında yayılıb.

Bildirilir ki, “Rosavtodor” dövlət şirkəti onun rəhbərlik etdiyi “Xotkovskiy Avtomost” adlı podratçı şirkət vasitəsilə külli miqdarda vəsait “yuyub”.

İddialara əsasən, Sadıqovun şirkəti “Rosavtodor”dan müxtəlif yol infrastrukturu layihələrinin həyata keçirilməsi üçün 26 milyard rubl avans alıb, lakin həmin vəsait təyinatı üzrə xərclənməyib. Bəzi mənbələrdə isə ümumi mənimsənilən məbləğin 30 milyard rubldan çox olduğu bildirilir.

2024-cü ilin sonunda Tufan Sadıqov “kiçik rüşvət alma” ittihamı ilə saxlanılmış, daha sonra 20 milyard rubl girov qarşılığında ev dustaqlığına buraxılmışdı. Yanvar ayında ev dustaqlığı ləğv edilsə də, istintaq hələ də davam edir. Son günlər rus mediası Sadıqovun şirkəti ilə bağlı yeni maliyyə maxinasiyaları barədə yazır.

Bir neçə gün əvvəl “Xotkovskiy Avtomost”un baş direktoru Vladimir Malozemov saxlanılıb. O, Sadıqovun yaxın adamı hesab edilir. 2024-cü ildən onun rəhbərliyi ilə şirkət “Rosavtodor”dan yeni irimiqyaslı kontraktlar alıb. Layihələr arasında Sergiyevo-Posad rayonu, Mordoviya, Başqırdıstan, Yakutiya və Astraxan regionları, eləcə də M8 “Xolmoqori” magistralının rekonstruksiyası və Buryatiyada Uda çayı üzərində körpü tikintisi kimi obyektlər var.

Lakin bu layihələrin çoxu yarımçıq qalıb, yollar və körpülər tikilməyib, müqavilələr isə “tərəflərin razılığı ilə” ləğv edilib. Dəyişən yalnız smetalar olub, yollar yoxa çıxıb.

Diqqətçəkən başqa bir maraqlı məqam odur ki, Sadıqovun şirkətində bir müddət “Rosavtodor” rəhbəri Roman Novikovun oğlu Nikolay Novikov da işləyib. Rusiya mediası bu faktı təsadüf hesab etmir və bunu korrupsiya sxeminin bir hissəsi sayır. İddialara görə, podratçı büdcə pullarını guya materialların alınması üçün subpodratçılara köçürüb, lakin materiallar heç vaxt alınıb gətirilməyib.

Hazırda Tufan Sadıqovun Türkiyədə yaşadığı və burada Serik Belediyyespor klubunun 50 faiz səhmini 4 milyon avroya aldığı bildirilir. Bundan əlavə, onun Türkiyədə bir neçə otelin sahibi olduğu da qeyd edilir.

Tufan Sadıqov 1972-ci ildə Goranboy rayonunda anadan olub. Uzun illərdir Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. Onun adı ilk dəfə 2020-ci ildə “Xotkovskiy Avtomost” şirkətinin maliyyə qalmaqalları fonunda mediada hallanmağa başlayıb.

Hazırda Rusiya hüquq-mühafizə orqanları Sadıqov və onun tərəfdaşlarına qarşı genişmiqyaslı istintaq aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Oktyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri