Icma.az
close
up
RU
“Sahibkar Dövlət Vergi Xidmətinin əməkdaşını obyektə buraxmasa...” HÜQUQŞÜNASDAN XƏBƏRDARLIQ FOTO

“Sahibkar Dövlət Vergi Xidmətinin əməkdaşını obyektə buraxmasa...” HÜQUQŞÜNASDAN XƏBƏRDARLIQ FOTO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Son illərdə ölkədə sahibkarlıq fəaliyyətinə maraq artmaqdadır. Xüsusilə gənclər və fərdi təşəbbüskarlar tərəfindən yeni obyektlər açılır, xidmət və satış sahələrində aktivlik müşahidə olunur. Ancaq bu sahəyə yeni daxil olan bir çox vətəndaş bəzi hüquqi və digər prosedur qaydalar barədə yetərincə məlumatlı olmur. Bu isə bəzən icarə müqavilələri, lisenziyalaşdırma və ya vergi yoxlamaları zamanı çaşqınlığa səbəb olur.

Ən çox rast gəlinən hallardan biri isə vergi əməkdaşlarının obyektlərə daxil olması ilə bağlıdır. Bəzi hallarda sahibkarlar bildirirlər ki, yoxlama aparan şəxslər əvvəlcədən xəbərdarlıq etmədən obyektə daxil olur və sənəd təqdim etmədən yoxlama aparmaq istəyirlər. Bu cür vəziyyətlərdə sahibkarların əksəriyyəti prosedurun qanuni olub-olmadığını dəqiq bilmədikləri üçün nə etməli olduqlarına qərar verə bilmirlər.


Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov saytımıza bildirib ki, sahibkarların bir qismi müxtəlif formalardan istifadə etməklə vergi öhdəliklərindən yayınmağa çalışırlar:
"Bu hal təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində müşahidə olunur. Dövlət qurumlarının, xüsusilə də vergi orqanlarının əsas məqsədi bu cür yayınmaların qarşısını almaq, pozuntu hallarını aşkar edərək vergi ödəyicilərini məsuliyyətə cəlb etmək və digərləri üçün nümunə yaratmaqdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən iki növ vergi yoxlaması mövcuddur: kameral vergi yoxlaması, səyyar vergi yoxlaması. 
Vergi Məcəlləsinin 37-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana getmədən, təqdim olunmuş sənədlər və bəyannamələr əsasında həyata keçirilir. Bu növ yoxlamaya əsas səbəblərdən biri bəyannamələrdə hər hansı uyğunsuzluğun aşkarlanması və ya təqdim edilmiş məlumatlarda şübhəli məqamların mövcud olmasıdır”.


Hüquqşünas qeyd edib ki, Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması birbaşa vergi ödəyicisinin fəaliyyət göstərdiyi ünvanda aparılır.

Bu yoxlamalar iki yerə bölünür: “Növbəti səyyar vergi yoxlaması – yoxlamaya başlamazdan azı 15 gün əvvəl vergi ödəyicisinə elektron kabinet vasitəsilə məlumat verilir və qabaqcadan xəbərdarlıq olunur.
Növbədənkənar səyyar vergi yoxlaması vergi ödəyicisi xəbərdarlığa baxmayaraq, vergi hesablanması üçün zəruri sənədləri təqdim etmədikdə;
Vergi yoxlaması nəticəsində tərtib olunmuş aktda düzgün olmayan məlumatlar aşkar edildikdə;
Artıq ödənilmiş vergi, faiz və digər məsələlərlə bağlı vergi orqanına ərizə daxil olduqda;
Vergi orqanı tərəfindən daxil olmuş məlumat və ya informasiya əsasında həyata keçirilir".
Ramil Süleymanov sonda vurğulayıb ki, əgər vergi ödəyicisi vergi əməkdaşını obyektə buraxmaqdan imtina edərsə, bu barədə akt tərtib olunur. Əgər yoxlama məlumata əsaslanaraq aparılırdısa, vətəndaşın əməkdaşı buraxmaması həmin məlumatın faktiki təsdiqi kimi qiymətləndirilir. Bu halda vergi orqanı tərəfindən müvafiq sanksiyalar tətbiq oluna bilər.


Fidan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 May 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see375

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see197

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see172

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see168

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see160

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see148

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see144

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see143

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri