Şahin Bağırov dövlətə ödənilən 6 milyarddan danışdı
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi son illərdə əhəmiyyətli dərəcədə artaraq təxminən 3 milyard manatdan 6 milyard manatdan artıq səviyyəyə çatıb.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri, Gömrük xidməti general-polkovniki Şahin Bağırov parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, yeni layihədə risk meyarları əsasında gömrük nəzarətinin həyata keçirilməsi nəzərdə tutulur:
"Bu yanaşma beynəlxalq praktikada geniş tətbiq olunur və son illərdə ölkəmizdə də uğurla istifadə edilir. Qeyd etmək lazımdır ki, gömrük xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi son illərdə əhəmiyyətli dərəcədə artaraq təxminən 3 milyard manatdan 6 milyard manatdan artıq səviyyəyə çatıb ki, bu da risk idarəetmə sisteminin tətbiqinin effektivliyini göstərir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 01 May 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















