Icma.az
close
up
RU
Şahin Mustafayev: Azərbaycan və Çin arasında tranzit yük daşımaları 8% artıb

Şahin Mustafayev: Azərbaycan və Çin arasında tranzit yük daşımaları 8% artıb

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Ş.Mustafayevin sözlərinə görə, Çin Azərbaycanın aparıcı ticari-iqtisadi tərəfdaşlarından biridir, Azərbaycan isə Cənubi Qafqaz regionunda Çinin ən böyük ticarət tərəfdaşıdır.

"Bu kontekstdə Orta Dəhlizin inkişafı və onun buraxılış qabiliyyətinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çin, Mərkəzi Asiya, Azərbaycan və Avropanı birləşdirən bu marşrut üzrə yük daşımalarının həcminin artırılması və tranzitin səmərəliliyinin yüksəldilməsi üçün geniş imkanlar mövcuddur. Orta Dəhlizi artan yük axınlarına uyğunlaşdırmaq üçün Azərbaycan öz ərazisində nəqliyyat və logistika infrastrukturunun inkişafına ardıcıl olaraq sərmayə yatırır və irimiqyaslı infrastruktur layihələri həyata keçirir", - o bildirib.

Ş.Mustafayev xatırladıb ki, Azərbaycan Çinin 2015-ci ildə irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünə qoşulan ilk dövlətlərdən biri olub.

"Bu təşəbbüs çərçivəsində Şərq və Qərb arasında müasir nəqliyyat əlaqələrinin yaradılması istiqamətində əməkdaşlıq fəal şəkildə inkişaf edir. Onu da qeyd etmək istərdim ki, Azərbaycan nümayəndə heyəti Çinə səfəri çərçivəsində dünən Qlobal Dayanıqlı Nəqliyyat Forumu - 2026-da, eləcə də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yüksək səviyyəli görüşdə iştirak edib. Bu kontekstdə Orta Dəhlizin Şərq və Qərb arasında mühüm nəqliyyat halqası kimi əhəmiyyəti, həmçinin nəqliyyat, tranzit və logistika sahələrində Azərbaycan və Çin arasında əməkdaşlığın gələcək inkişafının vacibliyi bir daha vurğulanıb", - o bildirib.

Baş nazirin müavini vizasız rejimin rolunu qeyd edərək ölkələr arasında turizm sahəsində əməkdaşlığa da toxunub.

"Son illər turizm sahəsində əlaqələr də dinamik şəkildə inkişaf edir. 2025-ci ildə viza rejiminin qarşılıqlı ləğvi turizm əlaqələrinin genişlənməsinə mühüm təkan verib. Ötən il Azərbaycana səfər edən çinli turistlərin sayı 42%, Azərbaycandan Çinə turist axını isə təxminən 85% artıb", - o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Sentyabr 2026 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri