Icma.az
close
up
RU
Şahmar Mövsümov: Azərbaycan üzərindən tranzit daşımalar son 5 ildə 2,5 dəfədən çox artıb

Şahmar Mövsümov: Azərbaycan üzərindən tranzit daşımalar son 5 ildə 2,5 dəfədən çox artıb

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2019-2024-cü illərdə Azərbaycan üzərindən tranzit daşımaların həcmi 2,5 dəfədən çox artıb.

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Prezidentin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən Gömrük-Biznes Forumunda bildirib.

O qeyd edib ki, beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın tranzit ölkə mövqeyini möhkəmləndirir, biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradır: "Tranzit daşımalarının artımı Azərbaycanın Şimal-Cənub və Orta Dəhliz kimi dəhlizlərdəki mövqeyinin güclənməsi ilə əlaqədardır. Xüsusilə Orta Dəhliz vasitəsilə Çindən Avropaya yükdaşımaların səmərəliliyi artırılıb, tranzit müddəti 8-10 günə qədər azaldılıb. Bu nəticələr elektron xidmətlərin tətbiqində aparılan ardıcıl işlər hesabına əldə olunub. Elektron gömrük sisteminin istifadəsi nəticəsində əvvəllər günlərlə vaxt aparan əməliyyatlar indi bir neçə saat ərzində həyata keçirilir. Bu dəyişikliklər təkcə vaxt qazanmaq deyil, həm də iş mühitinin optimallaşdırılmasına və proseslərin daha şəffaf həyata keçirilməsinə töhfə verir. Həm tranzit müddətinin, həm də bəyannamələrin emalı müddətinin daha da azaldılması imkanları mövcuddur. Bu imkanları gömrük orqanları və biznes araşdırmalı və tətbiq etməlidir".

Ş.Mövsümovun sözlərinə görə, yalnız dialoq vasitəsilə özəl sektorla dövlət qurumları arasında ikitərəfli konstruktiv əməkdaşlığa nail olmaq mümkündür. O, gömrük və biznes arasında münasibətlərin inkişafının Prezident İlham Əliyevin diqqəti və iradəsi ilə yeni zirvələrə çatdığını diqqətə çatdırıb: "Gömrük prosedurlarının sadələşdirilməsi, elektron xidmətlərin tətbiqi və bürokratik maneələrin aradan qaldırılması sahəsində yerli və xarici sərmayəçilər üçün daha əlverişli şərait yaradılıb. Bu islahatlar iqtisadiyyatımızı gücləndirərək, Azərbaycanın qlobal dəyər zəncirində mühüm oyunçu olmasına şərait yaradır".

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://report.az
archiveBu xəbər 17 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri