Icma.az
close
up
RU
Şahmatçıların fevral ayı üçün reytinqi açıqlanıb

Şahmatçıların fevral ayı üçün reytinqi açıqlanıb

FİDE fevral üçün dünya reytinqini açıqlayıb. Sport24.az xəbər verir ki, siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.

Bir pillə irəliləyən qrossmeysterimiz 2731 xalla 20-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698) 32-ci sıradakı mövqeyini qoruyub. İki pillə irəliləyən Rauf Məmmədov (2656) 71-cidir.

Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. İki pillə irəliləyən şahmatçı 2412 xalla 36-cı yerdədir. Bir pillə irəliləyən Gövhər Beydullayeva (2404) 41-ci yerə yüksəlib. Ülviyyə Fətəliyeva (2381) 64-cü pillədəki mövqeyini qoruyub. Xanım Balacayeva (2355) 1 pillə geriləyərək 89-cu olub.

Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.

seeBaxış sayı:47
embedMənbə:https://sport24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri