Icma.az
close
up
RU
Şahruddin Məhəmmədəliyev: Ən çox bəyəndiyim xüsusiyyəti mərdliyidir o, sözünün arxasında durmağı bacarır! VİDEO

Şahruddin Məhəmmədəliyev: Ən çox bəyəndiyim xüsusiyyəti mərdliyidir o, sözünün arxasında durmağı bacarır! VİDEO

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ən isti əlcəklər məndə idi".

İdman.biz xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev "PODKAT" layihəsində iştirak edərkən uşaqlıqda ilk dəfə qapıda dayanması ilə bağlı xatirəsini bu sözlərlə izah edib.

Bu hadisə onun 10 yaşı olanda Dağıstanda baş verib. Qapıçı əvvəlcə cinah yarımmüdafiəçisi kimi oynadığını bildirib. Lakin bir epizodda komandaya qapıçı lazım olub və məşqçi onu sırf əlcəklərinin daha isti olduğuna görə qapıya keçməyə çağırıb. Məhz bu təsadüfi qərarla tanınmış qolkiperin peşəkar karyerası başlayıb.

Məhəmmədəliyev Azərbaycanı tərk edib bir mövsüm Türkiyədə oynaması ilə bağlı da danışıb: "Artıq öhdəsindən gələ bilmirdim. Mən emosiyalarla oynayıram və bu mənim üçün çox çətin idi".

Bu gedişin səbəblərindən biri UEFA Çempionlar Liqasının təsnifat mərhələsində Polşanın "Rakov" komandasına məğlubiyyət idi. O vaxt beynəlxalq oyunlarda buraxdığı səhvlərə görə ciddi tənqidlərə məruz qalmışdı.

2023/24 mövsümünü Məhəmmədəliyev "Adana Demirspor"un heyətində keçirib və Mario Balotellinin oyundaşı olub.

O, tanınmış futbolçu ilə oynamaq təcrübəsini bu sözlərlə ifadə edib: "Əyləncəli idi". Məhəmmədəliyev Balotellinin əhvalının çox dəyişkən olduğunu deyir: "Bir gün məşqə gülərüzlə gələrək zarafatlar edirdi, növbəti gün isə aqressiv davranaraq topu qəzəblə uzağa vurub məşqi yarımçıq tərk edə bilərdi. Amma bu hal da tezliklə yenidən gülüşlərlə əvəzlənirdi".

"Tarixdə ən sevdiyim qapıçı – Lev Yaşindir". Məhəmmədəliyev bu fikirlə ən yaxşı hesab etdiyi qolkiperlərin "beşliy"ini açıqlamağa başlayıb və xüsusilə alman Manuel Noyerin adını çəkərək, onun qapıçılıq nəzəriyyəsinə böyük töhfə verdiyini və yeni oyun üslubu yaratdığını vurğulayıb.

Məhəmmədəliyev 2020-ci ildə Polşanın "Legiya" komandasına qarşı oynadıqları matçı da belə xatırlayıb: "Bu oyun deyildi, bizim üçün müharibə idi".

Bu, karyerasında ən yaddaqalan və əhəmiyyətli qarşılaşma olub. UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində həmin oyun İkinci Qarabağ müharibəsinin ilk günlərinə təsadüf edirdi. Qurban Qurbanov komandanı elə ruhlandırmışdı ki, məğlub olmaq mümkün deyildi – özü də səfərdə oynamağa baxmayaraq. Həmin yaddaqalan oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Söhbətin sonunda Məhəmmədəliyev vurğulayıb ki, "Qarabağ"ın əsas heyətinə düşə bilmədiyi və uzun müddət ehtiyatda qaldığı dövrdə komandanı tərk etməyi düşündüyü anda Qurban Qurbanovla etdiyi bir söhbət onun baxışını dəyişib. Qapıçı "PODKAT" verilişində ölkə çempionunun baş məşqçisini belə xarakterizə edib: "Ən çox bəyəndiyim xüsusiyyəti mərdliyidir – o, sözünün arxasında durmağı bacarır!"

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 İyul 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri