Sakinlər və MTK üzüzə qaldılar: Bizi evlərimizdən çıxardılar Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Bakının Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən bina MTK tərəfindən 2018-ci ildə sakinlərlə razılaşdırılaraq sökülüb.
Sökülən binanın sakinlərinə kirayə pulu ödənilib. Lakin bir müddət sonra onlara verilən kirayə pulu dayandırılıb.
"Bu, Nazirlər Kabinetinin qərarı idi, dövlət layihəsi idi. Dövlətə inanıb, evimdən çıxmışam. Mənim evimi, kirayə pulumu versinlər", - deyə şikayətçi Natiq Cəfərov bildirib.
Problemlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələdən xəbərdardırlar.
Sözügedən ünvanda tikinti şirkəti tərəfindən sakinlərə ödənilən müvəqqəti kirayə haqlarının köçürülməsində mövcud olan gecikmələrin tam aradan qaldırılması və tikinti işlərinin gecikdirilməməsi barədə şirkət rəhbərliyinə ciddi xəbərdarlıq edilib.
Qurumdan verilən məlumata görə, şirkət ödənişlərin qısa zaman kəsiyində təmin olunması və tikintinin vaxtında başa çatması ilə bağlı vəd verib.
Ətraflı Baku TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 12 Dekabr 2024 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















