Saleh Məmmədovdan təbiətə 88 minlik ziyan vuran direktorun yerinə TƏYİNAT
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni direktor təyin edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun müvafiq əmri ilə Mayis Fərəhim oğlu Qədirov MMC-yə direktor təyin olunub.
Qeyd edək ki, bu ilin may ayında "8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması" MMC-nin direktoru İlham Novruzov vəzifəsindən azad edilib. Onun yerinə müvəqqəti MMC-nin baş mühasibi Səmayıl Ramazanov gətirilmişdi.
Xatırladaq ki, İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çox sayda ağacın rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi açılıb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 20 İyun 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















