Saleh Məmmədovun dəbdəbəli villası üzə çıxdı
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fevralın 6-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilən Saleh Məmmədovun fəaliyyəti həmişə mətbuatın diqqətində olub. Yerli media onun həm işgüzar fəaliyyətinə, həm də dəbdəbəli həyat tərzinə daim maraq göstərib.
MİA.az xəbər verir ki, keçmiş Agentlik sədri Bakıda və respublikamızın bölgələrində bir neçə villaya sahibdir.
Əldə etdiyimiz məlumata görə, Saleh Məmmədova məxsus dəbdəbəli villalardan biri Xızı rayonunun Altıağac qəsəbəsində yerləşir. Üçmərtəbəli mülk 1 qonaq, 9 yataq otağı, mətbəx və ayrıca hamam otağından ibarətdir. Bu nəhəng mülk təxminən 1 hektarlıq ərazidə inşa olunub.
Saleh Məmmədovun və ailə üzvlərinin Xızıdakı dəbdəbəli evə nadir hallarda baş çəkdikləri bildirilir. Villanın mühafizəsi və agağclara aqrotexniki qulluq aylıq məvacib müqabilində Altıağac sakinləri tərəfindən həyata keçirilir.
Samir Musayev
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 17 Fevral 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















